Icma.az
close
up
RU
“Şəxsi sərhədlərə hörmət etmək çox önəmlidir”

“Şəxsi sərhədlərə hörmət etmək çox önəmlidir”

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

“Bir psixoloq olaraq bu mövzuya belə yanaşmaq istərdim ki, qız övladının evləndikdən sonra həyatına ana tərəfindən qarışılması, ailə münasibətlərində ciddi problemlər yarada bilər. Ailənin sağlam təməllər üzərində qurulması üçün şəxsi sərhədlərə hörmət etmək çox önəmlidir. Qarışmaqla dəstək göstərmək arasındakı fərqi anlamaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, ana, övladının qərarlarına hörmət etməli və onun həyatını idarə etməyə çalışmamalıdır: “Çünki hər bir yeni qurulan ailə, özünəməxsus qaydalarla formalaşır və valideynlərin müdaxiləsi bu qaydaları pozaraq gərginliklərə səbəb ola bilər. Əlbəttə ki, ana övladının yaxşılığını istəyir və narahat olur, lakin bunu müdaxilə ilə deyil, dəstəklə göstərmək daha doğrudur”.

Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Evlənən qız artıq yeni bir ailə qurur və bu ailə öz müstəqilliyini qazanmalıdır. Ananın müdaxiləsi isə bu müstəqilliyi zəiflədə bilər. Bu səbəbdən ana qızının həyatına yalnız onun razılığı və ehtiyacı olduqda, məsləhət üçün müraciət edildikdə müdaxilə etməlidir. Əks halda, bu, qızın həyat yoldaşı ilə münasibətlərinə mənfi təsir göstərə və hətta ailədaxili münaqişələrə gətirib çıxara bilər.

Unutmaq olmaz ki, sağlam ailə münasibətləri qarşılıqlı hörmət, anlayış və sərhədlərə riayət üzərində qurulur. Analar üçün ən düzgün yol, qız övladlarına mənəvi dəstək olmaq, onları qərarlarında azad buraxmaq və yalnız məsləhət istədikdə onların yanında olmaqdır. Bu yanaşma həm ailədaxili harmoniya yaradır, həm də analar və qızları arasında münasibətlərin daha sağlam və möhkəm olmasına şərait yaradır”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Yanvar 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri