Icma.az
close
up
RU
VTB Azərbaycan”dan 17 milyon manatdan çox depoziti geri götürülüb

VTB Azərbaycan”dan 17 milyon manatdan çox depoziti geri götürülüb

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.

"VTB Azərbaycan" 2025-ci ildə 9 milyon 111 min manat xalis mənfəət əldə edib. Bu göstərici 2024-cü ildə 9 milyon 538 min manat təşkil edib.

Reyting.az Valyuta.az-a istinadən xəbər verir ki, bankın xalis mənfəəti 427 min manat və ya 4,47% azalıb.

Bankın cəmi aktivləri də azalıb. 2024-cü ildə 317 milyon 98 min manat olan aktivlər 2025-ci ilin sonuna 306 milyon 222 min manata enib. Bu isə 10 milyon 876 min manat və ya 3,43% azalma deməkdir. Aktivlərdəki azalmanın əsas səbəbi nağd pul vəsaitləri və onların ekvivalentləri üzrə göstəricidəki ciddi geriləmədir – bu göstərici 2024-cü ildə 47 milyon 731 min manat, 2025-ci ildə isə cəmi 17 milyon 534 min manat olub. Azalma 30 milyon 197 min manat və ya 63,2%-dir.

Kredit portfelində də daralma qeydə alınıb. Biznes kreditləri 2024-cü ildə 78 milyon 533 min manat ikən, 2025-ci ildə 67 milyon 536 min manat təşkil edib. Bu, 10 milyon 997 min manat və ya 14% azalma deməkdir. Eyni zamanda, banklar və digər maliyyə institutlarına verilən kreditlər 2024-cü ildə 10 milyon 239 min manat olduğu halda, 2025-ci ildə bu rəqəm 7 milyon 166 min manata düşüb (30%-lik azalma).

Cəmi öhdəliklər – 2024-cü ildə 216 milyon 112 min manat olan öhdəliklər 2025-ci ilin sonuna 196 milyon 290 min manata enib. Öhdəliklərdəki azalma əsasən depozitlərin geriləməsi ilə bağlıdır. Belə ki, 2024-cü ildə 114 milyon 153 min manat olan depozitlər, 2025-ci ildə 101 milyon 814 min manata düşüb (12 milyon 339 min manat və ya 10,8% azalma).

Hüquqi şəxslərin depozitləri üzrə daha çox azalma müşahidə olunur – 2024-cü ildə 44 milyon 105 min manat, 2025-ci ildə isə 26 milyon 552 min manat. Bu isə 17 milyon 553 min manat və ya 39,8% azalma deməkdir.

Bununla belə, faiz gəlirlərində artım müşahidə olunub. 2024-cü ildə 32 milyon 612 min manat olan faiz gəlirləri, 2025-ci ildə 40 milyon 446 min manata yüksəlib – bu da 7 milyon 834 min manat və ya 24% artım deməkdir. Qeyri-faiz gəlirləri isə nisbətən stabil qalıb – 2024-cü ildə 14 milyon 790 min manat, 2025-ci ildə isə 14 milyon 896 min manat olub (0,7% artım).

Eyni zamanda, faiz və qeyri-faiz xərcləri də artıb. Faiz xərcləri 8 milyon 483 min manatdan 10 milyon 89 min manata yüksəlib (1 milyon 606 min manat və ya 18,9% artım), qeyri-faiz xərcləri isə 29 milyon 845 min manatdan 34 milyon 148 min manata qalxıb (4 milyon 303 min manat və ya 14,4% artım).


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 Yanvar 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri