Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 9 avqust, AZƏRTAC
Serbiya Prezidenti Aleksandr Vuçiç Avropanın böyük bir müharibənin astanasında olduğunu bildirib.
AZƏRTAC xəbər verri ki, o, bu barədə "Axel Springer" şirkətinin baş direktoru Matthias Döpfnerin aparıcılığı ilə keçirilən verilişdə danışıb.
Ukraynadakı vəziyyətə toxunan Serbiya lideri yaxın vaxtlarda sülhə nail olunacağına inanmadığını qeyd edib: "Düşünürəm ki, biz daha böyük bir müharibənin başlanğıcındayıq. Mən ümid edirdim ki, kimsə Ukraynada sülhə nail olmaq üçün səy göstərəcək, lakin bu baş vermədi və yaxın vaxtlarda da baş verməyəcək. Bu da o deməkdir ki, biz daha böyük müharibənin astanasındayıq".
A.Vuçiç münaqişənin yaxın gələcəkdə bitəcəyini istisna edib. "Müharibənin bu il və ya gələn yazdan əvvəl bitəcəyini düşünmürəm", - deyə bildirən prezident mövcud şəraitdə hər hansı kompromis həll üçün imkan görmədiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 09 Avqust 2026 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















