Icma.az
close
up
RU
Vuçiç Lavrovla bunu müzakirə etdi

Vuçiç Lavrovla bunu müzakirə etdi

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Qərbin “məhdudlaşdırıcı tədbirlərlə maneə törətməyə çalışdığı əməkdaşlığın davam etdirilməsi yolları”nı müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin mətbuat xidməti bildirib.

“Serbiya tərəfinin təşəbbüsü ilə 23 dekabrda Rusiya Federasiyasının Xarici İşlər Naziri S.V.Lavrov ilə Serbiya Respublikasının Prezidenti A.Vuçiç arasında telefon danışığı baş tutub”, – məlumatda qeyd olunub.

Qeyd olunub ki, tərəflər “BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin fundamental əhəmiyyətinə hörmət edilməklə Kosovo nizamlanmasına, ilk növbədə Serbiyanın suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi zərurətinə” xüsusi diqqət veriblər: “Tərəflər Priştina tərəfindən Kosovo Serb Bələdiyyələri Birliyinin yaradılması barədə razılaşmaların çoxillik sabotajının qəbuledilməz olduğunu vurğulayıblar. Kosova-alban hakimiyyətinin yerli serblərə qarşı davam edən terroruna və onların əsas hüquqlarının pozulmasına son qoyulmasının zəruriliyi barədə vahid mövqe ifadə edilib”.

“S.V.Lavrov Rusiya Prezidenti V.V.Putinin dəfələrlə səsləndirdiyi beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq serb xalqının fundamental hüquqlarının müdafiəsi işində Moskvanın Belqradla həmrəyliyini təsdiqləyib” , – mətbuat xidməti vurğulayıb.

Bildirilib ki, Qərbin “qanunsuz birtərəfli məhdudlaşdırıcı tədbirlərlə maneə törətməyə çalışdığı əməkdaşlığın davam etdirilməsi yolları barədə fikir mübadiləsi aparılıb”.

“Hər iki tərəf Bosniya və Herseqovinadakı (BiH) vəziyyətlə bağlı narahatlığını ifadə edib. Bu ölkədə sabitlik naminə BiH-də sülh haqqında Ümumi Çərçivə (Deyton) Sazişinə uyğun olaraq entitetlərin və dövlətqurucu xalqların statusuna hörmət edilməsinin vacibliyi təsdiqlənib” , – mətbuat xidməti vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 24 Dekabr 2024 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see463

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see439

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see374

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see222

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see218

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see205

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see203

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see196

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see181

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see178

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see177

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see175

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see175

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see173

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see173

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see166

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see166

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see165

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see165

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri