Icma.az
close
up
RU
Vüqar Məmmədov onları belə şantaj edib Məhkəmədə sirlər açıldı

Vüqar Məmmədov onları belə şantaj edib Məhkəmədə sirlər açıldı

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə iş üzrə zərərçəkən qismində tanınanların nümayəndələrinin ifadəsi ilə davam edib.

"Azərlotereya"nın bölmə müdiri E.F bildirib ki, 2022-ci ildən təmsil etdiyi qurumla bağlı  "Hüriyyət Tv"də həqiqətə uyğun olmayan məlumatlar gedib:

"Bu paylaşımlar başqa saytlarda da gedirdi. Bu da bizim işgüzar nüfuzumuza zərbə vururdu. Buna görə də biz Hürriyət TV ilə müqavilə bağlamaq məcburiyyətində qaldıq. O müqavilə bağlanmasaydı, haqqımızda böhtan xarakterli yazılar getməyə davam edəcəkdi. Dövlətdən maliyyələşib dövlətin qurumları ilə bağlı nə gəldi yazırdılar. Şikayətimizi birbaşa DTX-ya etdik".

"Azərsun" Holding-in hüquqşünası N.N bildirib ki, 2025-ci ilin yanvarında Holdinqin rəhbəri vəfat edəndən sonra "Hürriyyət"də onlar barəsində rüsvayedici yazılar daha da çoxalmağa başlayıb:

"Daha əvvəllər də şirkətlə bağlı həqiqətə uyğun olmayan yazılar gedirdi. İctimaiyyətlə Əlaqələr Şöbəmiz "Hüriyyət"lə əlaqə saxladıqda dedilər ki, bir il ərzində  hər ay 600 manat reklam haqqı ödəyək. Bu məbləğin çox olduğunu dedik və 400 manata razılaşdıq. Ondan sonra haqqımızda gedən mənfi yazılar dayandırıldı".

Daha sonra müdafiə tərəfinin vəkili məhkəməyə vəsatət verərək, təqsirləndirilən şəxs Vüqar Məmmədovun səhhətinin nəzərə alınaraq ev dustaqlığına buraxılmasını istəyib.

Məhkəmə qısa müşavirədən sonra vəsatətin təmin olunmadığını bildirib. Növbəti proses 14 oktyabr saat 10:00-a təyin olunub.

Xatırladaq ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 29-da DTX-nin "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məhkəmənin qərarı ilə Vüqar Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Avqust 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri