Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Vüqar Rəhimzadə: Kərimov Əli adını Azərbaycanın siyasi tarixinə satqın və xəyanətkar kimi yazdırıb

Vüqar Rəhimzadə: Kərimov Əli adını Azərbaycanın siyasi tarixinə satqın və xəyanətkar kimi yazdırıb

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qalib Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpasını bu günə qədər həzm edə bilməyən Kərimov Əli hər fürsətdə dövlətimizə qara yaxmaqla məşğuldur. Uğurlarımızı, qələbəmizi Ermənistan belə qəbul etdiyi halda, ürəyi Azərbaycan dövlətinə və xalqına qarşı nifrət toxumu ilə dolu olan Kərimov Əli qəbul edə bilmir. Azərbaycan xalqına və dövlətinə qarşı kin, nifrət onun bütün siyasi fəaliyyətindən “qırmızı xətlə” keçir. Siyasi uzaqgörənliyin, strategiyanın nə olduğunu anlamayan bu üzdəniraq antimilli ünsür Zəfərimizdən sonra “Xankəndi” deyib haray-həşir salırdı. Təbii ki, məqsədi Xankəndi deyildi, qələbəmizə kölgə salmaq idi. Prezident İlham Əliyevin səbirlə, peşəkarlıqla həyata keçirdiyi siyasət və ordumuzun qəhrəmanlığı sayəsində süverenliyimiz Xankəndi başda olmaqla bütün ərazilərimizdə bərpa edildi. Amma Kərimov Əli buna sevinmədi. Çünki ona Azərbaycan dövlətinin qələbəsi, uğurları yox, uğursuzluqları lazımdır.
Bu antimilli ünsür Zəfərimizdən sonra dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda öz gücü hesabına həyata keçirdiyi bərpa-quruculuq işlərinə qara yaxmağa çalışsa da bununla ancaq özünü rüsvay etdi. Onun sosial şəbəkələrdəki qarayaxmaları Böyük Qayıdış çərçivəsində öz doğma yurdlarına qayıdan soydaşlarımızın sevinci altında əzilərək darmadağın oldu. Amma o, bundan utanmadı. Dövlətə, xalqa qarşı xəyanətkar mövqe tutmağı, sosial şəbəkələrdə dezinformasiya yaymağı özünə peşə seçən bu üzdəniraq indi də utanmadan Vaşinqtonda əldə edilən tarixi nailiyyətə qarşı çıxır. 
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidentinin ABŞ-a tarixi səfəri, səfər çərçivəsində əldə edilən razılaşmalar regionumuzda yeni reallıqlar yaradır. Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən imzalanan Anlaşma Memorandumu böyük siyasi əhəmiyyət kəsb edir. Bütün bu tarixi nailiyyətlərin fonunda utanmadan demokratikləşmə prosesindən dəm vuran Kərimov Əli hələ də bilmir ki, dünyada demokratiyanın beşiyi ABŞ-dır. Azərbaycan demokratik dövlət olmasaydı Birləşmiş Ştatlar belə bir anlaşmaya imza atardımı? ABŞ-ın əməkdaşlıqda xüsusi önəm verdiyi istiqamətlərdən biri məhz demokratiyadır.  Azərbaycan üçün isə demokratikləşmə sadəcə bir niyyət, şüar deyil, ölkənin hərtərəfli inkişafının əsasıdır. Azərbaycanın demokratik inkişafını niyə həzm edə bilmirsən, Kərimov Əli?
Dünyanın bir nömrəli supergücünün Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri qurması ölkəmiz üçün böyük uğurlar, yeni perspektivlər vəd edir. Niyə Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən strategiyasına əsaslanan siyasəti nəticəsində tarixi uğura imza atdığımızı etiraf edə bilmirsən? Bu siyasət nəticəsində ABŞ Prezidenti Donald Tramp “Azadlığı Müdafiə Aktı”na bədnam 907-ci düzəlişi ləğv etdi. Bu, böyük siyasi qələbədir. Amma Kərimov Əli buna sevinə bilmir. Çünki onun kimi avantürist üçün daha “demokratik olan” Bayden-Blinken Administrasiyası idi. Dünyanı qanla idarə edən bu bədnam cütlük hər fürsətdə dövlətimizi qaralamağa, ona qarşı təzyiqləri artırmağa çalışırdı. Əfqanıstan əməliyyatları başa çatan kimi Bayden-Blinken Administrasiyası tərəfindən nankorcasına 907-ci düzəliş yenidən bərpa edildi. Kərimov Əlinin də təmsil olunduğu AXC-Müsavat çütlüyünün  hakimiyyəti dövründən qalan həmin bədnam düzəlişin, həmçinin  uğursuz Minsk qrupunun ləğv edilməsi ilə bağlı birgə müraciətin imzalanması Azərbaycan Prezidentinin qətiyyətli liderliyi, siyasəti nəticəsində reallığa çevrildi. Kərimov Əli, sizin hakimiyyəti zəbt etdiyiniz bir il ərzində ölkədə yaratdığınız özbaşınalıq, anarxiya, xaos mühiti, xarici siyasətdə misli görünməmiş səriştəsizlik, şəxsi ambisiyalarınızın dövlət  maraqlarından üstün tutulması nəticəsində dövlətimizə və xalqımıza buraxdığınız ağır miras məhz Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində aradan qaldırıldı.
Vüqar Rəhimzadə bildirib ki,  bu üzdəniraq Kərimov Əli Zəngəzur dəhlizi ilə bağlı sosial şəbəkələrdə daim qarayaxma, dezinformasiyalar yayırdı. Bəs, nə oldu? Azərbaycan Prezidentinin dərin zəkası, qətiyyətli siyasəti, strategiyası nəticəsində Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi və Vaşinqtonda imzalanan sənədlərlə dəhlizin açılması reallaşır. Bax, budur dövlətimizin daha bir qələbəsi! 8 avqust xalqımız üçün sevincli, Kərimov Əli üçün isə kədərli gündür. Müxalifətçilik dövlət maraqlarına müxalifətdə dayanmaq deyil, Kərimov Əli. İllərdir müxalifətçilik anlayışının mahiyyətini dərk etməyən kərimov əli kimilər  daim qınaq hədəfindədirlər. Bugünədək “fəaliyyəti” ilə siyasi qul imicinə yeni əlavələr edən Kərimov Əlinin siyasi arenadan tamamilə uzaqlaşması zamanıdır. Etiraf heç zaman gec deyil. Bu günün reallığı, qalib, bütövləşən, yeni dövrə qədəm qoyan  Azərbaycanın hazırda inkişafın hansı səviyyəsində olduğunu etiraf etməsi üçün Kərimov Əlidən cəsarət tələb olunur. Amma Kərimov Əlinin buna cəsarəti çatmır. O, utanmadan 30 il ərzində etdiyi kimi, yenə də xalqımıza, milli maraqlarımıza qarşı xəyanətlərini davam etdirir, utanmadan qələbəmizi kiçiltməyə çalışır. Başqa sözlə Kərimov Əli riyakar, avantürist olduğu üçün  uğurlarımızı  etiraf edə bilmir.
Milli Məclisin deputatı  bildirib ki, Azərbaycanın əleyhinə birləşən bütün qüvvələr məğlub oldu, Kərimov Əli də onlarla birlikdə. Onun eyni səngərdə dayandığı, dəstək aldığı, sifarişlərini yerinə yetirdiyi erməni lobbisi, fransız deputatlar, Avropa Parlamenti, “Amnesty International”, “Human Rights Watch”, Azərbaycanı sanksiya ilə hədələyənlər, Borellər, Frenk Pallonelər üçün iflas günü yaşandı. Bədxahlarımızın, erməni lobbisinin, eləcə də kərimov əli kimilərin istəyib-istəməməsindən, qəbul edib-etməməsindən asılı olmayaraq dövlətimiz böyük siyasi uğur qazandı. Hər zaman milli maraqlarımıza qarşı düşmən səngərində yer alan Kərimov Əli isə adını Azərbaycanın siyasi tarixinə satqın və xəyanətkar kimi yazdırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Avqust 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see261

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see246

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see212

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see195

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see176

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see168

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see164

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see163

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see161

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see156

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see150

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see140

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see138

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see138

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see136

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri