Icma.az
close
up
RU
Vüqar Rəhimzadə: Media qurumları arasında əməkdaşlıq informasiya təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir

Vüqar Rəhimzadə: Media qurumları arasında əməkdaşlıq informasiya təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda bu gün türk dövlətlərinin birliyinin, həmrəyliyinin daha da gücləndirilməsi vacib məsələdir. Həmçinin yeni dünya nizamının formalaşması bu birliyin möhkəmləndirilməsinə çağırış edir. Azərbaycanın Türk dünyasının birliyinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. O da məlumdur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hər il Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi də artıq ənənə halını alıb. Türk Dövlətləri Təşkilatının dünya miqyasında rolunun artması, qlobal güc mərkəzlərinin birinə çevrilməsi mühüm əhəmiyyət kəsb edir. Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanmış Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən təsis olunub. Beləliklə, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Türk Dövlətləri Təşkilatının qurucu dövlətləridir. Özbəkistan 2019-cu ildə təşkilata üzv qəbul edilib. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası təşkilata müşahidəçi üzv qəbul olunublar.

Prezident İlham Əliyev çıxışlarında bu çağırışı edir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Türk dünyasının birliyi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Bu ilin oktyabrında Qəbələ şəhəri Türk Dövlətləri Təşkilatının “Regional sülh və təhlükəsizlik” mövzusunda XII Zirvə Görüşünə ev sahibliyi etdi. Qəbələ Zirvə Görüşü Türk dünyasının ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyən edilməsi baxımından vacib mərhələ oldu.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Türk dünyasının birliyi hazırda bütün sahələri əhatə edir. Bu günlərdə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirildi. Dövlət başçısı İlham Əliyevin forumun iştirakçılarına müraciətində qeyd etdiyi kimi, türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır.

Vüqar Rəhimzadə vurğulayıb ki, dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr media sahəsində da yeni vəzifələr, hədəflər müəyyənləşdirir. Bu gün dünyada müəyyən qüvvələr medianın, sosial şəbəkələrin gücündən istifadə edərək qərəzli məlumatlar, dezinformasiar yayırlar. Buna qarşı effektiv mübarizə üsullarından biri də tərəfdaş dövlətlərlə əməkdaşlığın genişləndirilməsidir. Bu baxımdan Bakıda türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə Türk Dövlətləri Təşkilatının Media Forumunun keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Media sahəsində həyata keçirilən birgə layihələr, qarşılıqlı informasiya mübadiləsi türkdilli dövlətlər arasında vahid və dayanıqlı kommunikasiya məkanının formalaşmasına mühüm töhfədir. Forumda müzakirə olunan məsələlər informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, dezinformasiya ilə mübarizədə birgə addımların koordinasiyası, strateji kommunikasiya bacarıqlarının inkişafı və media sahəsində ortaq təşəbbüslərin daha səmərəli şəkildə həyata keçirilməsinə yeni imkanlar açacaq. Forum çərçivəsində “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” və “Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları” mövzusunda panel sessiyaları təşkil edildi. Panel sessiyanın iştirakçıları qlobal informasiya risklərinin sürətlə artması, dezinformasiya kampaniyalarının sərhədləri aşan şəkildə yayılması fonunda türk dövlətlərinin media ekosistemində dayanıqlılığın gücləndirilməsinin strateji zərurətini müzakirə edib, rəqəmsal informasiya mühitində sürətlə baş verən dəyişikliklər, TDT ölkələri arasında daha çevik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq platformalarının qurulmasının əhəmiyyəti barədə fikir mübadiləsi apardılar.

Millət vəkili bildirib ki, bu gün qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak kimi məsələlər son dərəcə aktual çağırışlar kimi qarşıda dayanır. Bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Elə dövrə gəlib çatmışıq ki, sosial şəbəkələr bir çox halda mənbə rolunu oynayır. Prezident İlham Əliyev bu günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) ilk Media Forumunun iştirakçılarına müraciətində bu məqamları xüsusi qeyd etdi ki, qlobal böhranlar, bəşəriyyət qarşısında duran yeni sınaqlar və çətinliklər dövründə ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərməsi, o cümlədən media sahəsində həmrəylik nümayiş etdirməsi olduqca vacibdir. Müasir dünyada informasiya adi xəbər olmaqla məhdudlaşmır, beynəlxalq münasibətlərin, ictimai rəyin və iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilərək xalqlar arasında etimadın və anlayışın formalaşmasında mühüm rol oynayır. Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, “deepfake”lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır. Bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı, bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır.

Vüqar Rəhimzadə onu da qeyd edib ki, Azərbaycan media sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, bu istiqamətdə daim mühüm təşəbbüslərlə çıxış edir. Ölkəmiz milli media strategiyasını beynəlxalq təcrübə ilə uzlaşdıraraq, jurnalistlərin peşəkarlığının artırılmasına, faktlara əsaslanan xəbərlərin yayılmasına və media savadlılığının inkişafına xüsusi diqqət yetirir. Eyni zamanda, regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılmasını dəstəkləyir. Tarixi Zəfərimizdən sonra Azərbaycan dövlətinin medianın inkişafı, yeni dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı, “Media haqqında” yeni Qanunun qəbulu və sair kimi addımlar bunun bariz nümunəsidir. Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan bu Fərmanda da qeyd olunduğu kimi, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranır. Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac vardır.

Milli Məclisin deputatı bildirib ki, Türk Dövlətləri Təşkilatının media Forumu dost, qardaş ölkələrin media qurumları arasında qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli imkanlar yaradan yeni əməkdaşlıq platformasıdır. Forumda səslənən ideyalar, təkliflər və irəli sürülən birgə təşəbbüslər gələcəkdə türk dövlətlərinin informasiya siyasətində mühüm rol oynayacaq. Türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə keçirilən Türk Dövlətləri Təşkilatının Media Forumu dost və qardaş ölkələrin media qurumları arasında qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli imkanlar yaradır. Bu isə dezinformasiyalara qarşı mübarizədə yeni və uğurlu əməkdaşlıq platforması formalaşdıra bilər. Qlobal informasiya risklərinin sürətlə artdığı və dezinformasiya kampaniyalarının geniş yayıldığı bir dövrdə türk dövlətlərinin media sahəsində dayanıqlılığını gücləndirməsi zərurətə çevrilib. Bu səbəbdən türk dövlətlərinin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə təşkil olunan bu Forum mühüm əhəmiyyət kəsb edir. Qarşıda dayanan əsas vəzifələrdən biri doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır. Əməkdaşlıq nəticəsində formalaşacaq koordinasiyalı fəaliyyət dezinformasiyaya qarşı çevik müdafiə mexanizmlərinin formalaşdırılmasında da mühüm rol oynayacaq. Şübhəsiz, bu günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) ilk Media Forumunun, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun, ardınca təşkilatın Media Forumunun da keçirilməsi xalqlarımız arasında əməkdaşlığın, qarşılıqlı etimadın və həmrəyliyin möhkəmlənməsinə, informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 Noyabr 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri