Icma.az
close
up
RU
Vüqar Rəhimzadə: Novruz qalib, bütövləşən Azərbaycanımız, xalqımız üçün yeni müjdələrin başlanğıcı olacaq

Vüqar Rəhimzadə: Novruz qalib, bütövləşən Azərbaycanımız, xalqımız üçün yeni müjdələrin başlanğıcı olacaq

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yurdumuza Novruz gəlir.  Novruz dostluq, mehribanlıq, birlik, ünsiyyət, təmizlik, yenilik  və səmimiyyət bayramıdır. Bu pak və ülvi dəyərlər olmadan heç bir milli birlikdən söhbət gedə bilməz. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə təcəssüm etdirən bu bayram insanlar arasında birliyin, mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə qayğı və diqqət göstərməsi üçün daim gözəl zəmin yaratmışdır. Ümummilli Lider Heydər Əliyev bildirmişdi ki,  Novruz bayramı xalqımızı tarixən bütövləşdirir, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandırır. Ulu Öndərin bu fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, Novruz bayramı xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olub, Odlar diyarında həmişə uca tutulmuşdur. Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir. Ötən dövrlərin təqib və təzyiqlərinə baxmayaraq, həmin ənənələri günümüzədək layiqincə qoruyub saxlaması xalqımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindəndir.
Novruz bayramının muğam və aşıq sənəti ilə yanaşı, UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilməsi  də özündə mühüm  məqamları ehtiva edir. Novruz bayramının beynəlxalq müstəvidə tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Mehriban xanım Əliyevanın  səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya daxil edilib.  2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Novruz bayramı bəşəri və milli-mənəvi dəyərləri ehtiva edir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz təkcə onu keçirən xalqların deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətinin güzgüsü,  milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Novruz ümumbəşəri dəyərləri, sülhü və tolerantlığı tərənnüm edən bayramdır. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır. Qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın dinamik inkişafla səciyyələnən müasir həyatı və  bütün guşələrini əhatə edən genişmiqyaslı quruculuq-abadlıq işləri Novruz  bayramının  yeniləşdirici ab-havası ilə həmahəngdir. Beş ildir bayramlarımızı Zəfər ruhunda qeyd edirik. Tarixi Zəfərimizin və suverenliyimizin yaratdığı reallıqlar əsasında azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Xalqımız 30 il bu günün həsrəti ilə yaşadı və əmin idi ki, bu gün gələcək. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində azadlığına qovuşan torpaqlarımızda  yeni həyat başlayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimidən ötən dövrdə Novruz bayramını azad edilmiş ərazilərdə qeyd edir və xalqımıza təbrikini bu ünvanlardan çatdırır. 2021-ci ildə  Şuşada,  2022-ci ildə Suqovuşanda, 2023-cü ildə  Talış kəndində, 2024-cü ildə isə Xankəndi şəhərində Novruz tonqalını alovlandran Prezident İlham Əliyev keçirdiyi hissləri belə ifadə etdi ki, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.
Milli Məclisin deputatı vurğulayıb ki, Novruz artıq ölkəmizə qədəm qoyaraq çərşənbələri ilə Azərbaycan xalqının həyatına sevinc, şadlıq gətirməkdədir.  Su, Od və Yel şərşənbələri artıq arxada qalıb. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır.  Novruz özündə Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruz şənlikləri təkcə Azərbaycanda deyil, soydaşlarımızın yaşadıqları müxtəlif xarici ölkələrdə də geniş qeyd edilir. Bu mərasimlərdə yaranan xoş ünsiyyət onları bir-biri ilə sıx şəkildə bağlayır, hər bir soydaşımızda milli mənlik şüurunu, azərbaycançılıq hisslərini və duyğularını gücləndirir. Novruz bayramı azərbaycanlıları Vətənə, doğma Azərbaycana, milli köklərə daha sıx bağlayır. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı sevinclidir, qürurludur. Azad edilmiş torpaqlarımız tarixi sahibinə qovuşduğu üçün artıq xoş günlərini yaşayır. Son bir ildə Şuşa, Xocalı və Cəbrayıl şəhərləri sakinlərinə qovuşub. Ümumilkdə  bu sevinci yaşayan şəhərlərimizin sayı 5, kəndlərimiz isə dörddür. Növbəti Novruz bayramında bu sıralamanın daha geniş olacağının şahidinə çevriləcəyik. Dövlət başçısı İlham Əliyev bu ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, bu il üçün  planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. “Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik. Əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir” söyləyən Prezident  İlham Əliyev vurğuladı ki, amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq - bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək.
Millət vəkili bildirib ki, Azərbaycan bayramlarını, əlamətdar günləri hər bir sahədə davamlı uğurları ilə qeyd edir. Ötən Novruzdan bu günədək  hansı sahəyə baxsaq uğurlu nəticələri görərik. Azərbaycanın növbəti diplomatik uğurları olan COP29 iqlim konfransı, həmçinin D-8 təşkilatına üzv qəbul edilməsi ölkəmizin uğurlu və gələcəyə hesablanmış siyasətinin təqdimatı oldu. Təbii ki, uğurlarımızı sadalamaqla bitmir. Qarşıda Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Novruz qalib, bütövləşən  Azərbaycanımız, xalqımız üçün  yeni müjdələrin başlanğıcı olacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Mart 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see235

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see168

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see162

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see161

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see147

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see143

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see141

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see135

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see135

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see133

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see133

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see131

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see129

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see126

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri