VÜQAR TOFİQOĞLUNUN QANUNSUZ HƏBSİ İLƏ BAĞLI AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT OLUNACAQ Vəkilindən açıqlama
Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Hürriyyət” qəzetinin və “ Hurriyyet TV” – nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) qanunsuz həbsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacaq.
Hürriyyet.az xəbər verir ki, bu haqda Vüqar Tofiqoğlunun vəkili Aqil Layıc məlumat verib.
Xatırladaq ki, dünən Bakı Appellyasiya Məhkəməsində baş redaktorun səhhətində yaranmış problemlə əlaqədar olaraq ev dustaqlığına buraxılması ilə bağlı müraciətə baxılıb, Hakim Emin Əliyevin sədirliyi ilə keçirilən məhkəmə prosesi zamanı müraciət qəbul edilməyərək, Səbail Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Vəkil Aqil Layıc bildirib ki, Bakı Appellyasiya Məhkəməsinin qərarını əldə etdikdən sonra “Hurriyyet TV” – nin baş redaktorunun qanunsuz həbsi ilə bağlı Avropa İnsan Haqları məhkəməsinə müraciət olunacaq.
Xatırladaq ki, oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan “Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) barəsində oktyabrın 31-də Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Belə ki, məhkəmə Vüqar Məmmədovun 3 ay 13 gün müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib. Noyabrın 7-də isə Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
“Hürriyyət” V.Məmmədov barəsində çıxarılan qərarın sifarişli və ədalətsiz olduğunu bəyan edir.
Jalə FAMİLQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 02 Dekabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















