Icma.az
close
up
RU
Vurğunun epiqrafı, Bəxtiyarın mədhiyyləri və Borxes fərqi...

Vurğunun epiqrafı, Bəxtiyarın mədhiyyləri və Borxes fərqi...

Icma.az, Bakupost saytına istinadən bildirir.


Şərif Ağayar

Səhifələrin birində xalq şairi Bəxtiyar Vahabzadənin Səməd Vurğunla bağlı bir xatirəsini oxudum. Xəstə yatan vaxtı Bəxtiyar müəllim ona “Ana dilim” adlı yeni yazdığı şeirini göstərir, deyir, çap eləmirlər. Səməd Vurğun şeiri oxuyur və balaca bir epiqraf yazır:

“Biz Vətənimizi, millətimizi və dilimizi sevirik!” V.İ.Lenin"

Bundan sonra şeir "Kommunist" qəzetində çap olunur.

Təsəvvür edirəm, Bəxtiyar müəllim bu söhbəti sağlığında hansı pafosla danışırmış və ətrafındakı adamlar “Puah!!!” deyib necə başını bulayırmış.

And içirəm, o adamların bəzilərinin, hətta Xudu Məmmədov kimi ayıq birinin gözlərinin necə dolduğunu da çox aydınca görürəm.

Hətta sovetin şil-küt edib bambılı günə saldığı şərq müdrikliyinin Rəmişin gitarası kimi necə kişnədiyini də eşidirəm.

Əntiqədir!

Demək, vəziyyətdə üç tərəf var: müəllif, Lenin və oxucu...

Üçünü də aldadıblar e!

Müəllifi də, Lenini də, oxucunu da!

Və şübhəsiz, alicənab “Kommunist” qəzeti öz ideologiyasının ayaqlarını yuyan bu bənzərsiz möhtəkirliyi lazımınca qiymətləndirib.

Mən bu balaca epiqrafla Bəxtiyar Vahabzadənin sonrakı – hər dövrə aid ayrıca mədhiyyə şeirlərinin və poemalarının ilham mənbəyini də kəşf etdim.

Və düşünməyə bilmədim: əcəba, Səməd Vurğundan cəmi beş-altı yaş böyük olan və başqa bir müstəmləkə ölkəsində yaşayan Xorxe Borxes həmin vaxt öz gənc tələbələrinə nə öyrədirdi?

Əlbəttə, Folknerin, Coysun, Prustun roman sənətkarlığını...

Ona görə, bizdə “Leninlə söhbət” poeması yazıldı, onlarda “Yüz ilin tənhalığı”.

Ona görə Borxesdən sonra Kortasar, Lyosa, Markes yetişdi, Səməd Vurğundan sonra Nəriman Həsənzadə, Fikrət Qoca, Seyran Səxavət...

Ona görə, kolumbiyalı yaşıdım Xuan Qabriel Vaskes ortabab bir romanla dünyanı gəzdi, mən heç Tiflisə gedib çıxa bilmədim.

Elə bilirsiniz asandı?

Üç-dörd nəfər istisna olunmaqla əl atıb yapışmalı sağlam bir budağımız yoxdur...

Tarixdə də, indi də.

Yekə-yekə danışmaqla deyil...


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Fevral 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri