Vurulan təyyarəmizlə bağlı Bastrıkinin məktubu üzə çıxdı Nə YAZIR? + FOTO
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
AZAL-ın vurulan təyyarəsi ilə bağlı Rusiya İstintaq Komitəsinə aid olduğu deyilən məktub yayılmanıb.
"AzPolitika" xəbər verir ki, həmin sənəd gizli hesabdan "BT News" Teleqram kanalına göndərilib.
Mətubun məzmununundan belə məlum olur ki, sənəd Rusiya Federasiyasının İstintaq Komitəsindən götürülüb və Azərbaycanın Baş Prokurorluğuna ünvanlanıb. İddia olunur ki, AZAL-a məxsus təyyarə Rusiyada əlverişsiz hava şəraiti səbəbindən yerə enə bilməyib, daha sonra eniş zamanı yerə çırpılıb. Bu əsasda cinayət işinə xitam verilib.
Bununla bağlı hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşım edib: “Rusiya Federasiyasının İstintaq Komitəsi günahı “hava şəraitində” görürsə, cinayət işinə hansı əsasla xitam verir?
Bu halda, ölümlərə görə məsuliyyət daşıyanların məsuliyyətdən yayındırmaq cəhdi aşkar şəkildə ortaya çıxır. Faciəyə görə məsuliyyət daşıyan Rusiya tərəfidir:
AZAL təyyarəsi “Pantsir-S1” hava hücumundan müdafiə kompleksindən buraxılan raket ilə vurulub və sənəddə təsvir etməyə çalışıldığı kimi, sonradan hava limanının özündə deyil, Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.
Rusiya İstintaq Komitəsinin sədri Bastrikinin imzaladığı sənədin məzmunu Rusiya Prezidenti Vladimir Putinin 9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi rəsmi mövqeyi ilə birbaşa ziddiyyət təşkil edir. Həmin vaxt Putin AZAL mülki təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə əməliyyatları nəticəsində qəzaya uğradığını etiraf etmiş və “bu cür vəziyyətlərdə tələb olunan hər şeyi etməyə” hazır olduğunu bildirmişdi”.
Yayılan sənədin məzmunu isə Rusiyanın günahkarların müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsindən qaçdığını göstəriri.
Xatırladaq ki, XİN rəhbəri Ceyhun Bayramov 26 dekabrda ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, yaxın günlərdə Azərbaycana Rusiya İstintaq Komitəsi tərəfindən imzalanmış məktub təqdim edilib.
“Bu məktubda Azərbaycanın ciddi təəccübünü doğuran məqam var idi. Bunlardan biri Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin məsələ ilə bağlı cinayət işinə xitam verməsi barədə məlumat olub. Bu, ciddi suallar yaradır və təəccüb doğurur”, - deyə o əlavə edib.
Qeyd edək ki, sənədlə bağlı rəsmoi açıqlama yoxdur.

Modern.azPaylaş:Instagram
Gündəmdən xəbəriniz olsun!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 06 Yanvar 2026 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















