Məhəmməd Əsəd bəyin yaradıcılığına həsr olunmuş tədbir keçirilib FOTOLAR
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Heç şübhəsiz, Azərbaycan ədəbiyyatında özünəxas yerə malik olan imzalardan biri də Məhəmməd Əsəd bəydir.
Belə ki, Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatında özünəməxsus yerə malik, müxtəlif imzalar altında bənzərsiz əsərlər yaratmış Məhəmməd Əsəd bəyin (Qurban Səid və ya Lev Nussimbaum) anadan olmasının 120 illiyi münasibətilə onun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, tədbiri Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova və Vyana Yəhudi Muzeyinin direktoru Barbara Ştaudinqer giriş sözü ilə açıb.
Vyana Universitetində “Müasir Avropa, yoxsa geridə qalmış Asiya. Məhəmməd Əsəd bəyin əsərlərində Şərq və Qərb” mövzusunda dissertasiya müdafiə etmiş Yaqut Abdalla, Berlin Ədəbiyyat Evinin əməkdaşı, Məhəmməd Əsəd bəy irsinin araşdırmaçısı Sebastian Yanuşevski, Almaniyada fəaliyyət göstərən “Hans-Yürgen Maurer” nəşriyyat evinin sahibi Hans-Yürgen Maurer məruzələrlə çıxış ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 26 Aprel 2025 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















