Icma.az
close
up
RU
Vyanada dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd edilib AZƏRTAC

Vyanada dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd edilib AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vyana, 28 noyabr, AZƏRTAC

Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən şair və filosof Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində “Qəlbimdəki şair” (Der Poet in mir) adlı ədəbi-musiqili tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi Məhəmməd Füzulinin həyat və yaradıcılığı barədə danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən dahi şairin 530 illiyi Azərbaycanda və dünyanın müxtəlif ölkələrində geniş şəkildə qeyd edilir.

Diqqətə çatdırılıb ki, Azərbaycan dilində poeziyanın mükəmməl nümunələrini yaradan, dilimizi daha da zənginləşdirən M.Füzuli özündən sonra zəngin ədəbi-bədii irs qoymuş, sanballı ədəbi məktəb formalaşdırmış, bir çox tanınmış şairlər özlərini onun şagirdi hesab etmişdir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin müsəlman Şərqində ilk operanı bəstələyərkən məhz Füzuli yaradıcılığına müraciət etməsi və onun “Leyli və Məcnun“ poemasını əsas götürməsi də təsadüfi olmamışdır.

Sonra tanınmış musiqiçi Tural İsmayılovun rəhbəri olduğu “Anima Şirvani” ansamblı konsert proqramı ilə çıxış edib. Konsertdə Azərbaycan muğamı və xalq mahnıları klassik alman və ingilis barokko musiqisi ilə vəhdət şəklində təqdim olunub, həmçinin görkəmli şairin şeirləri bədii qiraətçi tərəfindən səsləndirilib.

Konsertdə Fikrət Əmirov, Ali Ufki, Qazi Giray Xan, Dieqo Ortiz, Samuel Şaydt, Con Dauland, Mixael Pretorius kimi bəstəkarlarla yanaşı, Azərbaycan muğamları, xalq mahnıları və rəqsləri barokko dövrünə aid musiqi alətlərinin təqdimatında böyük maraq və alqışlarla qarşılanıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 02:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri