Vyetnam bu cinayətlərə görə ölüm hökmünü ləğv etdi
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Vyetnam narkotik qaçaqmalçılığı və digər cinayətlərə görə ölüm hökmünü ləğv edib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, ölkədə Milli Assambleya tərəfindən qəbul edilən yenilənmiş Cinayət Məcəlləsinə əsasən, ölüm hökmü yalnız dövlətə xəyanət, qəsdən adam öldürmə, terrorçuluq və narkotik vasitələrin qanunsuz istehsalına görə tətbiq ediləcək.
Narkotik qaçaqmalçılığı ilə yanaşı, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, qiyam və yetkinlik yaşına çatmayan şəxsin zorlanması da ölüm hökmü nəzərdə tutulan cinayətlərin siyahısından çıxarılıb. Bu əməllərə görə ən ağır cəza ömürlük həbs olacaq.
Qeyd edək ki, Vyetnamda ölüm hökmləri ölümcül inyeksiya vasitəsilə icra olunur. Güllələnmə yolu ilə edam 2013-cü ildə ləğv edilib. Bununla belə, ölkə hakimiyyəti edam edilən şəxslərin sayı ilə bağlı rəsmi məlumatları heç vaxt açıqlamayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 21 Noyabr 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















