Icma.az
close
up
RU
“Wi Fi” şəbəkəsi mobil telefon olmasa belə insanı izləməyə imkan verir TƏDQİQAT

“Wi Fi” şəbəkəsi mobil telefon olmasa belə insanı izləməyə imkan verir TƏDQİQAT

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 13 oktyabr, AZƏRTAC

Əgər siz “Wi-Fi” şəbəkəsinin fəaliyyət göstərdiyi bir kafenin yanından keçirsinizsə, özünüzdə mobil telefonunuz olmasa belə, sizi müəyyən etmək mümkündür. Karlsrue Texnologiya İnstitutunun (KİT) tədqiqatçıları yalnız “Wi-Fi” trafikini qeyd etməklə insanları identifikasiya etməyin üsulunu tapıblar ki, bu da məxfilik baxımından ciddi risk hesab olunur.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, nəticələri Tayvanda keçiriləcək ACM Kompüter və Kommunikasiya Təhlükəsizliyi konfransında təqdim ediləcək eksperimentlər göstərib. Yəni, adi “Wi-Fi” cihazları elə bir elektromaqnit sahə yaradır ki, onun analizi həmin mühitdəki insanların “kamerada çəkilmiş kimi” görünməsinə imkan verir.

“Körpü və radiodalğaların yayılmasını müşahidə etməklə ətraf mühiti və orada olan insanları təsvir etmək mümkündür. Bu, adi kameranın işləmə prinsipinə bənzəyir, fərq ondadır ki, bizdə işıq dalğaları əvəzinə radiodalğalardan istifadə olunur”, – deyə KİT-in İnformasiya Təhlükəsizliyi və Etibarlılığı İnstitutunun (KASTEL) professoru Torsten Ştrufe bildirib. “Beləliklə, yanınızda “Wi-Fi” cihazı olub-olmamasının əhəmiyyəti yoxdur”, - deyə o vurğulayıb.

Fərdi qurğunun söndürülməsi də kömək etmir, ətrafda fəaliyyət göstərən digər “Wi-Fi” cihazları kifayət edir.

“Bu texnologiya hər bir routeri potensial izləmə vasitəsinə çevirir. Əgər siz mütəmadi olaraq “Wi-Fi” şəbəkəsi olan bir kafedən keçirsinizsə, orada sizi müəyyənləşdirə və sonradan, məsələn, dövlət qurumları və ya şirkətlər tərəfindən tanıya bilərlər. Siz isə bunu heç hiss etməyəcəksiniz”, – deyə KASTEL-in tədqiqatçısı Yulian Todt xəbərdarlıq edib.

Tədqiqatın həmmüəllifi Feliks Morsbaxın sözlərinə görə, xüsusi xidmət orqanları və ya kibercinayətkarların daha sadə müşahidə üsulları mövcuddur, məsələn, videomüşahidə kameralarına və ya elektron qapı zəngi sistemlərinə çıxış. “Lakin geniş yayılmış simsiz şəbəkələr demək olar ki, hər yeri əhatə edən izləmə infrastrukturuna çevrilə bilər və bunun ən təhlükəli cəhəti onların görünməməsi və şübhə doğurmamasıdır”, – deyə o əlavə edib.

Bu texnologiya lidar hücumları və ya “Wi-Fi” kanallarının vəziyyətinin təhlili ilə müqayisədə xüsusi avadanlıq tələb etmir, adi “Wi-Fi” cihazı kifayətdir. Bu üsulla şəbəkədəki digər qurğuların fəaliyyətindən istifadə edilir; bu qurğular routerə şüa formalaşdırması ilə bağlı siqnalları şifrələnməmiş şəkildə göndərir və həmin siqnallar radiodalğaların əhatə dairəsində istənilən şəxs tərəfindən oxuna bilər. Bu məlumatlar əsasında süni intellekt modeli vasitəsilə insanları bir neçə saniyə ərzində tanımaq mümkündür.

Ümumilikdə 197 nəfərin iştirak etdiyi tədqiqat zamanı komanda insanları demək olar ki, baxış bucağından və ya yerimə tərzindən asılı olmayaraq 100 faiz dəqiqliklə müəyyən edə bilib.

“Bu texnologiya çox güclüdür, eyni zamanda, əsas hüquqlarımız, xüsusilə də şəxsi həyat toxunulmazlığı üçün risk yaradır”, – deyə T. Ştrufe vurğulayıb.

Tədqiqatın müəllifləri “Wi-Fi”ın hazırlanmaqda olan IEEE 802.11bf standartına məxfilik və müdafiə mexanizmlərinin daxil edilməsinə çağırıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri