Icma.az
close
up
RU
İKTA: “Wi Fi” şəbəkəsi qurularkən bəzi qaydaların pozulması ciddi risklər yaradır

İKTA: “Wi Fi” şəbəkəsi qurularkən bəzi qaydaların pozulması ciddi risklər yaradır

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidmətləri göstərən operatorların və provayderlərin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Bu barədə "APA-Economics"ə İKTA-dan bildirilib.

Məlumata görə, tədbirdə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibində təmsil olunan hüquq-mühafizə orqanlarının və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndələri, eyni zamanda internet telekommunikasiya xidmətləri göstərən operator və provayderlərin təmsilçiləri iştirak ediblər.

Müzakirələrdə telekommunikasiya xidmətləri üzrə məlumatların emalı, mühafizəsi və qanunvericilikdə nəzərdə tutulmuş müddət bitənədək saxlanılması məsələləri gündəmə gətirilib. Qanunvericiliyin tələblərinin icrasının zəruriliyi bir daha vurğulanaraq bildirilib ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əməl edilməməsi kibercinayətlərin vaxtında aşkarlanmasına mane olur və inzibati məsuliyyət yarada bilər.

Görüşdə, həmçinin operator və provayderlərin uçota alınması, müvafiq öhdəliklərin icrası və informasiya təhlükəsizliyinin təmininə dair vəzifələri müzakirə olunub. İştirakçılar şəbəkə infrastrukturunun tələblərə uyğun olduğunu qeyd etməklə yanaşı, məlumatların qorunması və saxlanması zamanı üzləşdikləri çətinliklər barədə də fikir mübadiləsi aparıblar.

Vurğulanıb ki, internetdə informasiya təhlükəsizliyinin təşviqi gücləndirilməlidir. Xüsusilə fərdi evlərdə, mənzillərdə və müəssisələrdə “Wi-Fi” şəbəkələrinin qurulması zamanı təhlükəsizlik qaydalarına riayət olunmaması ciddi risklər yaradır. Sadə və uzun müddət dəyişdirilməyən şifrlər şəbəkələrin asanlıqla sındırılmasına səbəb olur. Bəzi hallarda isə istifadəçilər şifrsiz internetdən yararlanırlar.

Görüşün yekununda operator və provayderlərin qanunvericiliyin tələblərini daima nəzarətdə saxlamaları, informasiya təhlükəsizliyinin təmini üçün maarifləndirici fəaliyyətləri genişləndirməsi və istifadəçilərin təhlükəsizlik qaydaları barədə məlumatlandırılmasının gücləndirilməsi barədə razılıq əldə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Sentyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri