“Williams” pilotu Bakıda Alen Prostun unikal nailiyyətini təkrarlayıb
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
İspaniyalı pilot Karlos Sayns “Williams” komandası ilə tarixə düşüb.
İdman.biz xəbər verir ki, o, dördqat dünya çempionu Alen Prostun nadir uğurunu təkrarlayıb.
Azərbaycan Qran-prisində finişi podiumda tamamlayan Sayns, karyerasında artıq üçüncü əfsanəvi komandanın heyətində ilk üçlüyə düşüb.
Buna qədər yalnız Prost bu nailiyyətə sahib idi: o, “McLaren”lə 63, “Ferrari” ilə 14 və “Williams”la 12 dəfə podiuma qalxmışdı. Sayns isə əvvəlcə “McLaren”lə 2, daha sonra “Ferrari” ilə 25 dəfə ilk üçlüyə düşmüşdü. İndi isə o, “Williams”la da buna nail oldu.
Xatırladaq ki, sentyabrın 21-də Bakıda keçirilən Azərbaycan Qran-prisində “Red Bull”un pilotu və dünya çempionu Maks Ferstappen qalib olub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:Formula 1: “Williams”ın pilotu mübarizəni dayandırıb
27 Sentyabr 2026 12:08
Lando Norris Mixael Şumaxerin unikal nailiyyətini təkrarlayıb
01 Noyabr 2025 13:39
Sayns “Williams”la ilk podiumunu şərh edib
21 Sentyabr 2025 17:02
Uğurumuz Bakıdan başladı “Williams”ın baş meneceri
30 Dekabr 2025 17:25
“Williams”ın rəhbəri: “Sayns həmişə yüksək formada olub”
26 Sentyabr 2025 06:48
Baxış sayı:230
Bu xəbər 22 Sentyabr 2025 07:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















