Icma.az
close
up
RU
WMOnun Baş katibi: İqlim dəyişmələri ilə mübarizədə hava proqnozları sisteminin modernləşdirilməsi vacibdir

WMOnun Baş katibi: İqlim dəyişmələri ilə mübarizədə hava proqnozları sisteminin modernləşdirilməsi vacibdir

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqlim dəyişmələri ilə mübarizədə hava proqnozları sisteminin modernləşdirilməsi vacibdir.

"Report" xəbər verir ki, bunu Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Baş katibi Celeste Saulo COP29 çərçivəsində keçirilən “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Çoxtəhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, iqlim normasının 1,5 dərəcə həddində saxlanması belə iqlim dəyişmələrinin təsirlərinə hələ də ciddi uyğunlaşma tədbirləri tələb edir:

"Ona görə də erkən xəbərdarlıq sistemlərinə universal giriş təkcə təhlükəsizlik şəbəkəsi deyil, həm də zərurətdir. Dünya ölkələrinin yarıdan çoxu, xüsusilə Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələri erkən xəbərdarlıq sistemlərinə malikdir. Hesabatlar erkən xəbərdarlıqların əhatə dairəsinin 2015-ci ildən bəri ən yüksək səviyyədə olduğunu vurğulayır. Eyni zamanda 30-dan çox ölkə də öz "yol xəritə"ləri ilə "Hamı üçün Erkən Xəbərdarlıq" təşəbbüsünü qəbul edib. Ölkələrin bir çoxu - Efiopiya, Fici, Maldiv adaları, Pakistan, Somali və Tonqa kimi dövlətlər isə bu nümunəni izləyir. Azərbaycanı isə ətraf mühit üzrə hesabatı və iqlim dəyişikliyi ilə bağlı səylərinə görə təbrik edirəm".

Baş katib bildirib ki, erkən xəbərdarlıq sistemlərinin bütün dəyər zənciri üzrə investisiyalara ehtiyac var:

"Ümumdünya Meteorologiya Təşkilatında hava, iqlim və əlaqədar ekoloji xidmətlər üzrə bütün əsas strateji prioritetləri müəyyən edib erkən xəbərdarlıq sistemi tətbiq etmişik. Bunun uğurlu olduğunu düşünürük. Birinci vacib olan məlumatların toplanması və mübadiləsinin təkmilləşdirilməsi, o cümlədən müşahidə şəbəkələrinin gücləndirilməsi və daha az imkanlara malik olan ölkələrdə müşahidə sistemlərinin tətbiqidir. İkincisi isə qərarların qəbulu və ətraf mühitin mühafizəsi üçün proqnozun keyfiyyətinin yaxşılaşdırılması, adekvat proqnoz sistemlərinin modernləşdirilməsi və inkişafıdır. Yəni havanın necə olacağı, daha sonra isə bu durumun bizə necə təsir edəcəyini müəyyənləşdirən proqnoz tətbiq edilməlidir".

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://report.az
archiveBu xəbər 16 Noyabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri