Icma.az
close
up
RU

“World Weather Attribution”: İqlim böhranı 2024cü ildə insanları əlavə altı həftə təhlükəli istilərə məruz qoyub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 dekabr, AZƏRTAC

İqlim böhranı ona gətirib çıxarıb ki, orta statistik insan 2024-cü ildə əlavə altı həftə təhlükəli isti günlər yaşayıb, bu da bütün dünyada istilik dalğalarının zərərli təsirini artırıb.

AZƏRTAC xəbər verir ki, insan fəaliyyətinin səbəb olduğu qlobal istiləşmənin nəticələri bəzi insanlar üçün daha pis oldu. Bunu “World Weather Attribution” (“WWA)” və “Climate Central”ın təhlili göstərib. Karib hövzəsi və Sakit okean ada ölkələrinin sakinləri ən çox zərər çəkib. “The Guardian” yazır ki, bir çoxları qlobal istiləşmə səbəbindən təxminən 150 gün daha çox təhlükəli istilər yaşadılar, yəni demək olar ki, altı ay.

Dünya ölkələrinin demək olar ki, yarısı ən azı iki ay yüksək temperaturla üzləşib. Hətta Böyük Britaniya, ABŞ və Avstraliya kimi ən az zərərçəkən ölkələrdə belə qazıntı yanacağının yandırılması nəticəsində karbon dioksid emissiyaları əlavə üç həftə daha isti temperatura səbəb oldu.

280 milyon insanın yaşadığı İndoneziya, Sinqapur və bir çox Mərkəzi Amerika ölkələrində əlavə 122 gün təhlükəli istilər yaşandı. Yaxın Şərqdə Səudiyyə Ərəbistanın sakinləri bu il daha 70 isti gün yaşadı və ən azı 1300 Həcc zəvvarı isti hava dalğası səbəbindən həlak oldu. Braziliya və Banqladeşdə təxminən 50 əlavə isti gün, İspaniya, Norveç və Balkan ölkələrində isə əlavə bir ay yüksək temperatur yaşanıb.

İstiliyin artması iqlim böhranının ən ölümcül nəticəsidir. Alimlərin sözlərinə görə, kömür, neft və qazın yandırılmasına son qoyulması nəticələrin daha da pisləşməsinin qarşısının alınması üçün həyati əhəmiyyət kəsb edib, çünki 2024-cü il proqnozlara görə, rekord yüksək karbon qazı emissiyasıyarı ilə bütün müşahidələr tarixində ən isti il olacaq.

Tədqiqatçılar istiliklə bağlı ölüm halları barədə real vaxt rejimində məlumat verməyə çağırıblar, çünki monitorinqin olmaması səbəbindən cari rəqəmlər “əhəmiyyətli dərəcədə azaldılır”. Ola bilsin ki, son onilliklərdə insan fəaliyyətinin səbəb olduğu qlobal istiləşmə nəticəsində milyonlarla insan həlak olub.

“WWA”nin həmrəhbəri və London İmperial Kollecindən doktor Friderike Ottonun sözlərinə görə, qazıntı yanacağın yaratdığı iqlim istiləşməsinin təsiri heç vaxt 2024-cü ildəki kimi bu qədər açıq-aydın və dağıdıcı olmayıb və davamlı iztirablara səbəb olub. İspaniyadakı daşqınlar, ABŞ-dakı qasırğalar, Amazondakı quraqlıq və Afrikadakı daşqınlar – bu, yalnız bir neçə nümunədir. “Vəziyyətin daha da pisləşməsini dayandırmaq üçün nə etməli olduğumuzu dəqiq bilirik: qazıntı yanacağın yandırılmasını dayandırmalıyıq”, - deyə Friderike Otto qeyd edir.

Noyabr ayında “The Guardian” nəşri məlumat verib ki, iqlim böhranı əvvəllər qeyri-mümkün olan istilik dalğalarına səbəb olub, eləcə də yüzlərlə digər ekstremal hava hadisələrini daha şiddətli edib.

2024-cü ildə iqlim böhranı qasırğalara da səbəb olub. “Climate Central”ın elm üzrə vitse-prezidenti Kristina Dal qeyd edir: “Bizim təhlillərimiz göstərdi ki, bu il hər Atlantik qasırğası iqlim dəyişikliyinə görə güclənib. İqlim dəyişikliyi olmasaydı, 5-ci kateqoriyaya aid olan “Berill” və “Milton qasırğaları” bu səviyyəyə çatmazdı”.

Qızıl Xaç və Qızıl Aypara İqlim Mərkəzinin proqram direktoru Culi Arriginin sözlərinə görə, daha bir dağıdıcı ekstremal havalar ili göstərir ki, biz hazırkı istiləşmə səviyyəsinin öhdəsindən gəlmək üçün o qədər də yaxşı hazırlaşmamışıq. 2025-ci ildə hər bir ölkənin iqlim dəyişikliyinə uyğunlaşma səylərinin sürətləndirilməsi və zəngin ölkələrin inkişaf etməkdə olan ölkələrin daha davamlı olmasına kömək edilməsi üçün vəsaitin ayrılması çox vacibdir.

Tədqiqatçılar bildiriblər ki, tədbirlər həyatları xilas edən erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsini və istiliklə bağlı ölüm halları barədə məlumatlandırmanı ehtiva etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri