Icma.az
close
up
RU
Xaçmazda Qərbi Azərbaycan Yurd yerimiz adlı elmi praktik konfrans və festival keçiriləcək

Xaçmazda Qərbi Azərbaycan Yurd yerimiz adlı elmi praktik konfrans və festival keçiriləcək

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Xaçmazda "Qərbi Azərbaycan - Yurd yerimiz" adlı elmi-praktik konfrans və festival keçiriləcək.

Oxu.Az xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçiriləcək festivalda Quba - Xacmaz Regional Təhsil İdarəsi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi, Quba Xaçmaz Regional Turizm İdarəsi, rayonda fəaliyyət göstərən istehsal sahələri, digər idarə, müəssisə, təşkilatlar, ictimai fəallar və rayon sakinləri iştirak edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yürüdülən uzaqgörən daxili və xarici siyasət nəticəsində 30 ilə yaxın düşmən tapdağında qalmış torpaqlarımız 44 günə işğaldan azad edildi.

Ərazi bütövlüyümüz təmin olundu, xalqımız tarixinin ən şərəfli səhifələrini yazdı. Geniş abadlıq və quruculuq işləri aparılan bu müqəddəs torpaqlarımıza Böyük Qayıdış davam edir. Məqsədimiz həsrətində olduğumuz qədim yurd yerimiz - Qərbi Azərbaycana qayıdışdır. Bu məsələ ölkə Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasətin əsas prioritet istiqamətlərindən biridir.

2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı sistemli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu məqsədlə "Qərbi Azərbaycana Qayıdış Konsepsiya"sı qəbul olunub. Bölgələrdə keçirilən Qərbi Azərbaycana həsr olunmuş konfrans və festivallar da ölkə başçısının bu istiqamətdə müəyyənləşdirdiyi tapşırıqların icrası, xüsusilə də Qərbi Azərbaycanın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Qəbul olunan konsepsiya çərçivəsində respublikamızın bir çox bölgələrində keçirilən tədbirlərin davamı olaraq Xaçmaz rayonunda da 05 iyun 2025-ci il tarixində "Qərbi Azərbaycan - Yurd yerimiz" adlı elmi-praktik konfrans və festivalın keçirilməsi nəzərdə tutulur.

Xaçmaz Heydər Əliyev Mərkəzində təşkil olunacaq konfransdan əvvəl ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucalan abidəsi ziyarət ediləcək, ulu öndərin həyat və fəaliyyətini əks etdirən muzeyə baxış keçiriləcək. ​Xaçmaz şəhərində Vətən müharibəsindəki Şanlı qələbəmizin şərəfinə salınmış Zəfər parkında keçiriləcək festivalda Qərbi Azərbaycan, eləcə də şimal bölgəsi və Xaçmaz rayonunun tarixi, mədəniyyəti, məişəti, kulinariyası, əhalisinin həyat tərzi, məşğulluğu və adət-ənələrini əks etdirən nümunələrin nümayiş etdirilməsi nəzərdə tutulur.

Xaçmazda "Qərbi Azərbaycan - Yurd yerimiz" adlı elmi-praktik konfrans və festival keçiriləcək

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 İyun 2025 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri