“Xalaqızı” vəfat etdi
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan ordusunun ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları məlumat paylaşıblar.
74 yaşlı veteran hərbçinin Bakıda xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, N.Yusifova sovet illərində Bakıda qülləli kran maşinisti kimi çalışıb. Azərbaycanın 7-ci dərəcəli ilk qadın maşinisti olub.
Atıcılıq idman növü üzrə 1974-cü ildə Azərbaycan çenpionatında ikinci, 1975-ci ildə isə birinci yerin qalibi olub. 17 mart 1992-ci ildə ilk xanım snayper olaraq orduda qeydiyyata alınıb. 1992–1994-cü illərdə Birinci Qarabağ müharibəsində snayper kimi iştirak edib.
Hərbçilər arasında “Xalaqızı” adı ilə tanınan Növrəstə Yusifova 1997-ci ildən Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinə sədrlik edirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 14 Oktyabr 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















