Icma.az
close
up
RU
Xalid Kərimli: “Dövlət büdcəsindən milyonlarla vəsaitin hansısa inzibati binalara ayrılmasının əsaslandırılması olmalıdır”

Xalid Kərimli: “Dövlət büdcəsindən milyonlarla vəsaitin hansısa inzibati binalara ayrılmasının əsaslandırılması olmalıdır”

Icma.az bildirir, Pravda.az portalına istinadən.

“Azərbaycan Mərkəzi Bankının (AMB) binasının tikintisinə 631 milyon manat vəsait ayrılmasına etiraz edən iqtisadçılarla tamamilə razıyam. Bu tip xərclər izafi, əsaslandırılmamış xərclərdir. Məncə, bu binanın tikilməsi AMB-nin indiki rəhbərliyinin, ümumiyyətlə, rəhbərliyinin qərarı olmayıb. Niyə, nə cür tikilib, bu sualdır. Azərbaycan balaca ölkədir, doqquz aeroport tikmişik. Onun da cəmi biri - Bakıdakı işləyir. Zaqatala, Qəbələ... Zəngilanda da hava limanı açmışıq, bəlkə, ora bir dənə təyyarə düşüb, ya düşməyib. Füzulidə də açmışıq, ora da iki təyyarə düşüb, ya düşməyib. Xərclərin bu formada həyata keçirilməsi göstərir ki, dövlətin investisiya büdcəsinin müəyyənləşdirilməsi, maliyyələşdirilmə qərarlarının verilməsi zamanı əsaslandırılmış qiymətləndirmə modelləri, mexanizmləri yoxdur”.

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

“Əminəm ki, Mərkəzi Bankın yeni binasının tikilməsi ilə bağlı qərarı AMB-nin sədri deyil, daha yüksək vəzifəli şəxslər veriblər. Azərbaycanın imkanları o qədər məhduddur ki, bir kiçik “turba”dan asılıyıq. Dövlət təşkilatları böyük həcmli vəsaitləri binalara sərf edirlər. Biz Qətər, Səudiyyə Ərəbistanı deyilik ki, belə təntənəli xərcləri özümüzə rəva bilək. AMB binasına 631 milyon ayrılması da bunun nəticəsidir. Çox təəssüf ki, Azərbaycanın gələcəkdə getdikcə azalan böyük həcmli vəsaitləri bu cür binaların tikilməsinə sərf olunur. Daha vacib, əhəmiyyətli sosial problemlərin həllinə, iş yerlərinin açılmasına yönəldilmir. 631 milyon olmasın, lap 300 milyon olsun. Dövlət büdcəsindən yüz milyonlarla pulun hansısa inzibati binalara ayrılmasının kifayət qədər əsaslandırılması olmalıdır. Cəmiyyətə məlumat verməlidirlər ki, niyə bu həcmdə vəsaitin xərclənməsinə qərar verilib”, - ekspert deyib.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://pravda.az
archiveBu xəbər 29 May 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Çaki öldü

29 May 2025 00:07see121

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see121

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see120

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see116

Xırdalanda mübahisə qanla bitdi: döyüb bıçaqladılar

29 May 2025 00:46see116

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

2025 ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu İnfoqrafika

29 May 2025 04:35see115

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see114

Krımda, Belbek yarmarkasında ilk etnik moda nümayişi keçirilib

29 May 2025 01:09see114

Çili ilə İsrail arasında gərginlik Hərbi attaşeləri geri çağırıldı

29 May 2025 08:14see113

Britaniya döyüş texnologiyalarının inkişafına bir milyard funt sterlinqdən çox vəsait ayıracaq

29 May 2025 08:59see113

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see113

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see113

Bakıda DÇ 2025 in yarımfinalçıları müəyyənləşir

29 May 2025 09:02see112

Kainatda tək deyilik: Naməlum siqnallar mənbəyi aşkarlandı

29 May 2025 06:03see112

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see111

Konfrans Liqasının finalı öncəsi azarkeşlər arasında dava FOTO

29 May 2025 08:27see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri