ABŞ də 14 yaşlı yeniyetmə anası haqqında həqiqəti öyrəndikdən sonra bütün ailəsini güllələdi
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
ABŞ-də 14 yaşlı yeniyetmə anasının sirrini öyrəndikdən sonra bütün ailəsini öldürüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat verib.
Meyson Sisk 38 yaşlı Con və 35 yaşlı Merinin böyük oğlu idi. Meysondan başqa onların altı və dörd yaşlı uşaqları, altı aylıq körpəsi olub. Faciədən bir qədər əvvəl yeniyetmənin davranışında dəyişikliklər müşahidə olunub - Meyson məktəbdə özünü pis aparmağa başlayıb.
Ailə qısamüddətli tətildən qayıdanda Sisk ailəsinin evindən polisə zəng daxil olub - yeniyetmə atışma barədə məlumat verib. Meyson evə gələn polis əməkdaşlarına zirzəmidə videooyunlar oynadığını və nə baş verdiyini bilmədiyini deyib.
Bütün ailə üzvləri çarpayılarında başından güllələnmiş vəziyyətdə tapılıb. Polisin oğlanı dindirdikdən bir müddət sonra yeniyetmə daimi mübahisələrdən bezdiyinə görə ailəsini qətlə yetirdiyini etiraf edib. Qeyd olunur ki, faciədən az əvvəl Meyson Merinin onun bioloji anası olmadığını öyrənib ki, bu da qətlə səbəb ola bilərdi. Məhkəmə Siski ömürlük həbs cəzasına məhkum edib. Eyni zamanda, hazırda 18 yaşı olan yeniyetmə hələ də etdiyi əməldən peşman olmayıb.
Baxış sayı:63
Bu xəbər 30 May 2025 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















