Xalid Kərimli: “Pulu çox olan vətəndaş onu depozitdə saxlasa, yaxşıdır
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, insanlar həm cibində nağd pul, həm də kartında vəsait saxlamalıdır:
“Ümumiyyətlə, pul çoxdursa, vəsaiti depozitlərdə yerləşdirmək daha məqsədəuyğundur. Banklarda həm müddətli, həm də müddətsiz depozitlər var. Xərclik pulundan söhbət gedirsə, təbii ki, cibdə də nağd pul olmalıdır. Tramp kimi adam cibində nağd pul saxlayır. Kartda da vəsait saxlamaq vacibdir. Məsələn, sabah hər hansı texniki problem və ya kartda nasazlıq yarana bilər ki, bu zaman vətəndaş kommunal ödənişləri həyata keçirə bilməz və ya başqa çətin vəziyyətə düşə bilər. Ona görə də insanlar həm cibində nağd pul, həm də kartında vəsait saxlamalıdır.
İstənilən halda ehtiyatlı olmaq lazımdır. Bir istiqamətdə hər şeyi yığmaq anlayışı düzgün yanaşma deyil. Texniki problemlər yarana bilər, POS-terminal işləməyə bilər və s. Bu səbəblərə görə xərclik həm cibdə, həm də kartda saxlanıla bilər”.
Xalid Kərimli deyib: “Texniki problem yaransa da, heç kim pulunu itirmədi, hamının vəsaiti qaytarıldı. Düzdür, kartdan oğurluq halları da ola bilər, kibercinayətkarlar müxtəlif üsullarla insanların kart məlumatlarına müdaxilə edə bilirlər. Bu cür təhlükələr də var. Ancaq kartda pul saxlamağın üstünlükləri də var. Məsələn, cashback faizləri qazanmaq mümkündür. ƏDV geri alışı zamanı daha yüksək faizlə geri ödəniş əldə edilir. Eyni zamanda bəzi banklar kartdakı qalığa faiz hesablayaraq əlavə gəlir qazandırır. Hər iki üsulun öz üstünlükləri var”.
Xalid Kərimli əlavə edib: “Mən hesab edirəm ki, xərclik üçün müəyyən məbləğ cibdə və xırda pullar şəklində olmalıdır. Məsələn, ölkədə bəzən hansısa problem yarananda məmurlar “hörmət” istəyirlər, “rüşvət” istəyirlər. Belə situasiyalarda kartla ödəniş etmək mümkün olmur. Bu da bizim reallığımızdır. Ona görə də nağd pulun olması müəyyən hallarda vacibdir”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 25 İyun 2026 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















