Icma.az
close
up
RU
Xalq ABŞ hərbi bazalarını rədd etdi

Xalq ABŞ hərbi bazalarını rədd etdi

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin hərbi varlığını yenidən artırdığı Latın Amerikasındakı əsas müttəfiqlərindən biri olan Ekvadorda xalq sağçı Prezident Daniel Noboanın ölkədəki hərbi bazaları xarici qüvvələrə açmaq planını rədd etdi. 

Ekvadorlular Noboa hökumətinin konstitusiyanın yenidən yazılması da daxil olmaqla, irəli sürdüyü 4 maddənin hamısına açıq şəkildə “xeyr” cavabı verdi.

"Cebheinfo.az" xəbər verir ki, bazar günü keçirilən referendumda seçicilərin üçdə ikisi, xarici hərbi qüvvələrin ölkədəki bazalara qayıtmasına qarşı çıxdı.

Referendumun nəticələri ABŞ və digər ölkələrlə əməkdaşlığın mütəşəkkil cinayətkarlıqla mübarizə üçün zəruri olduğunu müdafiə edən Noboa üçün ciddi zərbə oldu. Məğlubiyyəti qəbul edən Noboa “Ekvador xalqının iradəsinə hörmət edirik",- dedi.

Xatırladaq ki, ABŞ İkinci Dünya müharibəsi dövründə və 1999–2009-cu illər arasında Ekvadorun Sakit Okean sahilində yerləşən Manta şəhərində hava bazası qurmuşdu, lakin 2009-cu ildə solçu sabiq prezident Rafael Korrea dövründə bu baza bağlanmışdı.

Qeyd edək ki, referendumda, həmçinin hökumətə daha sərt təhlükəsizlik siyasətləri tətbiq etmək imkanı verəcək şəkildə ölkə konstitusiyasını yenidən yazmaq üçün məclisin yaradılması məsələsi də səsverməyə çıxarılmışdı. 

Müxaliflər bu dəyişikliyin təhlükəsizlik problemlərini və yoxsul təbəqələrin təhsil və səhiyyə xidmətlərinə çıxışını həll etməyəcəyini, əksinə, qanunverici və məhkəmə orqanlarının icra hakimiyyəti üzərindəki nəzarətini zəiflədəcəyini bildirirdilər.

Seçicilərə həm də siyasi partiyalara verilən dövlət vəsaitlərinin kəsilib-kəsilməməsi və Milli Məclisdəki deputat sayının 151-dən 73-ə endirilməsinin lazım olub-olmadığı da soruşuldu. Bütün bu dörd təklifə də böyük əksəriyyət “xeyr” cavabı verdi. 

Noboa bu tədbirlərin dövlət xərclərini azaltmaq üçün vacib olduğunu desə də, müxaliflər bunun xüsusilə siyasi kampaniyalar üçün resursların məhdud olduğu aşağı gəlirli icmalarda siyasi təmsilçiliyi məhdudlaşdıra biləcəyini vurğulayırdılar.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see468

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see274

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see268

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see264

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see256

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see252

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see248

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see243

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see234

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see234

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see230

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see223

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see218

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see210

Miqrenin inteqrativ müalicəsi: Baş ağrısını yox, səbəbini müalicə etmək lazımdır!

18 Sentyabr 2026 17:25see208

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see202

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see201

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see191

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see181

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri