Icma.az
close
up
RU
Xalq artisti Hacıbaba Hüseynovun 105 illiyinə həsr olunan gecə təqdim edildi FOTO

Xalq artisti Hacıbaba Hüseynovun 105 illiyinə həsr olunan gecə təqdim edildi FOTO

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq Muğam Mərkəzində "Nadir muğam ifaçıları" layihəsi çərçivəsində muğam sənətinin dərin bilicisi və sevilən xanəndə, Xalq artisti Hacıbaba Hüseynovun 105 illiyinə həsr olunan gecə təqdim edildi. 

Tədbirdə çıxış edən BMM-nin direktoru, Əməkdar artist Sahib Paşazadə mərkəzdə mütəmadi olaraq ustad xanəndələrin, muğam ifaçılarının xatirəsinə həsr olunan tədbirlərin keçirildiyini diqqətə çatdırdı. Hacıbaba Hüseynovun Azərbaycan muğam və qəzəl sənətinə verdiyi əvəzsiz töhfələrdən söz açdı. Bildirdi ki, Hacıbaba Hüseynovun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olmuş və muğam ifaçılığında geniş yayılmışdır. Hacıbaba Hüseynov xalq yaracılığına da böyük diqqət vermişdir. Azərbaycanın müxtəlif bölgələrindən, habelə Türkiyə və İraqda oxunan xalq yaradıcılıq nümunələrini təsniflərdə istifadə etmişdir, beləliklə, xalqdan topladığını yeniləmiş şəkildə xalqa qaytararaq, bu sənət əsərlərin daha da geniş tanınmasına zəmin yaratmışdır.

Gecədə çıxış edən Əməkdar incəsənət xadimi , xanəndə Aqil Məlikov, Əməkdar artist  Mirnazim Əsədullayev Hacıbaba Hüseynovla bağlı xatirələrini bölüşdülər, unudulmaz sənətkarın muğam sənətimizdə öz dəst-xətti olduğunu vurğuladılar. Bildirildi ki, xanəndənin sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq. Azərbaycanın muğam məktəbinin təbliği və inkişafında Hacıbaba Hüseynovun özünəməxsus yeri var. Çıxışlar zamanı həmçinin Hacıbaba Hüseynovun muğam sənətimizdə pedaqoji fəaliyyəti ilə bağlı fikirlər söylənildi, sənətkarın təsnif və qəzəl yaradıcılığının özünəməxsusluğu qeyd olundu.
Xalq artisti Teyyub Aslanov, Əməkdar incəsənət xadimi Aqil Məlikov, BMM-nin solistləri Hüseyn Məlikov, Məmməd Nəcəfov, xanəndə Elbrus Niftəliyevin Hacıbaba Hüseynov repertuarından  rəngarəng ifaları tədbir iştirakçılarının  könlünü oxşadı. Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə BMM- nin solistlərindən ibarət insrtumental heyət , Əməkdar artist Əliağa Sədiyevin rəhbərliyi ilə "Xarıbülbül" muğam qrupu və Əməkdar artist Emil Əfrasiyab müşayiət edirdi.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Yanvar 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri