Xalq artisti: “Heç kəsin haqqı yoxdur ki, o mahnını bərbad halda ifa etsin”
Adelet.az saytına istinadən Icma.az xəbər verir.
“Bu mahnı bir əsərdir. Nəinki Qumralın, heç kəsin haqqı yoxdur o mahnını bərbad halda ifa etsin. Axı mahnını sözlərini düz ifa etmir. “Çütləşmək” nədir? Mahnının sözlərində siz elə sözə rast gəlmisiniz? Ayıbdır, olmaz axı belə etmək”.
Bu sözləri Adalet.az-a açıqlamasında xalq artisti Niyaməddin Musayev deyib.
O, Qumral Musayevanı “Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısını səhv ifa etməsinə görə qınayıb:
“Mən illərin sənətkarıyam. Xalqın mənə sevgisini illərdir görürəm. Bu mahnını belə ifa etmək mənə hörmətsizlikdir. Bu qəbul edə bilmirəm. Bir neçə gənclərimiz var ki, həmin mahnını çox gözəl ifa ediblər. Amma o xanım heç də yaxşı ifa etməyib. Bəyənmədim. Sözlərini səhv oxuması isə biyabrçılıqdır. Ayıbdır. Ona kimsə bir söz demirsə, o demək deyil ki, mən də buna göz yumacam. Yox, olmaz belə. Bu mahnı səhv oxunacaq, pis hala salınacaq bir mahnı deyil”.
Əntiqə Kərimzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 22 Yanvar 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















