Xalq artisti iddialara cevab verdi
Icma.az bildirir, Axsham.az portalına istinadən.
Xalq artisti Fatma Mahmudova Əməkdar artist Rühəngiz Allahverdiyeva ilə aralarında olan söz-söhbətə son qoyub.
Aktrisa Axşam.az-a açıqlamasında bildirir ki, müğənni ilə aralarında heç bir problem olmayıb:
"Onunla birlikdə verilişə çıxmaq istəmədim. Çünki mən aktrisayam, o isə müğənni. Biz uyğun insanlar deyilik. İntriqadan qaçan insanam. Verilişə mənimlə birlikdə Xalq artisti çağırsınlar gəlim. Deyirlər, qohumuma zəng ediblər. Mənim həyatda tək qohumum qızlarımdır. Qardaşım da rəhmətə gedib.
Ad günündə Rühəngiz məni çağırmadı, bizim münasibətimiz yoxdur. Mən ancaq Ölkə başçısının verdiyi fəxri adımı qoruyuram. Heç kimlə qalmaqal yaşamıram. Rühəngizin mədəniyyəti də, tərbiyəsi də, oxumağı da var. Sadəcə, bizim münasibətimiz yoxdur. Başqa mənə uyğun adamla çağırsınlar verilişə qatılım".
Qeyd edək ki, F.Mahmudova Öz aramızda verilişinə R.Allahverdiyeva ilə qatılmaqdan imtina edib.
Baxış sayı:153
Bu xəbər 12 May 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















