Icma.az
close
up
RU
Xalq artisti: “Münsif tələbəsinə 9 xal verirsə, digər iştirakçıların haqqı necə olsun?”

Xalq artisti: “Münsif tələbəsinə 9 xal verirsə, digər iştirakçıların haqqı necə olsun?”

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

“Hər müəllim öz tələbəsini qalib etmək dərdindədir. Bu iştirakçıların hər biri muğam sənətinin davamçısıdır. Neqativ halları görəndə onların da ümidləri qırılır. Düşünürlər ki, müəllimi müsabiqədə münsif kimi çıxış etmirsə, heç kəs arxasında durmayacaq”.

Bu sözləri “Yeni Sabah”a Xalq artisti Simarə İmanova deyib.

O, IX "Muğam" Teleiziya Müsabiqəsində baş verən qalmaqalla bağlı fikirlərini bölüşüb. Marqarita pizza

Xanəndə bildirib ki, müsabiqədə münsiflərin tələbələrinin sayına məhdudiyyət qoyulmalıdır:

“Görünən kəndə bələdçi lazım deyil. Müsabiqə iştirakçıları isə bunu daha aydın şəkildə hiss edir. Bir Xalq artisti olaraq düşünürəm ki, münsiflər öz tələbələrinin sayı minimuma endirilməlidir. Axı, müəllim öz tələbəsinə necə obyektiv qiymət verə bilər?

Təbii ki, heç kim öz yetişdirdiyi tələbəni geridə qoymaq istəməz. Bu isə haqq-ədalətə ziddir. Münsiflər tamamilə bitərəf olmalıdır. Əks halda, belə söz-söhbətlər davam edəcək”.

S. İmanova əlavə edib ki, Kənan Novruzovun etirazından sonra digər iştirakçılar da nəticələrin saxtalaşdırıldığını dilə gətiriblər:

“Muğam Müsabiqəsinin illərdir dəyişməyən standart münsiflər heyəti var. Halbuki ölkədə çox sayda muğam ustası var. Niyə hər il həmin heyət yenilənməsin? Bu, sanki ölkədə yalnız onların muğamdan anlayışı varmış təsəvvürü yaradır.

Əgər dəvət alsaydım, mən də böyük məmnuniyyətlə müsabiqədə münsif kimi iştirak edərdim. Çünki bütün həyatım muğama xidmətlə bağlıdır”.

Xalq artisti iştirakçıları ifasını qiymətləndirmədə qruplaşmaların, tərəfkeşliyin və yerlipərəstliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb:

“Əgər bir münsif öz tələbəsinə 9 xal verirsə, digərləri də avtomatik olaraq ona eyni xalı verir. Bəs digər iştirakçıların haqqı necə olsun? Hər bir xanəndə öz potensialına görə dəyərləndirilməlidir, onun Bakıdan, Şəkidən, Ağdamdan və ya Laçından olması nəzərə alınmamalıdır. Çünki burada söhbət muğamın inkişafından gedir. Heç bir münsif vəzifəsindən sui-istifadə etməməlidir”.

Xatırladaq ki, builki müsabiqənin münsiflər heyətinin üzvləri arasında Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Səkinə İsmayılova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev və Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi təmsil olunublar. 

Aydan Hacı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 Avqust 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see210

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see192

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri