Icma.az
close
up
RU
Xalq artisti Naxçıvanda solo konsert verdi FOTOLAR/VİDEO

Xalq artisti Naxçıvanda solo konsert verdi FOTOLAR/VİDEO

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xalq artisti Tünzalə Ağayeva solo konsert proqramı ilə çıxış edib.

Gununsesi.info xəbər verir ki, pop star Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və “Autizmli Uşaqlara Dəstək İctimai Birliyi”nin sədri doktor Ayaz Seyidlinin dəvəti ilə Naxçıvan şəhərinə təşrif buyurub. Estrada ulduzunu ilk olaraq Hava limanında jurnalistlər qarşılayıblar.

Xalq artistinin sözlərinə görə konsertin məhz autizmli uşaqlara həsr olunması onu çox sevindirib və həyəcanlandırıb: “Bütün təşkilatçılara böyük təşəkkürüm var. Çünki autizmli uşaqlara dəstək olmaq çox böyük təşəbbüsdür. Bu bizim bütün dünyamızı narahat edən bir problemdir. Sağ olsun Aytən Eynalova, məhz onun sayəsində autizmli uşaqlarımızı tanıdım, onlarla ünsiyyət qurdum. Onu da deyim ki, mən ömrümü autizmə həsr elədim və bundan sonra da onların səfiri kimi hər zaman yanlarında olub dəstək olacağam. Allah onları daim qorusun”.

Sevilən müğənni Naxçıvanda yerləşən Heydər Əliyev Sarayında tamaşaçılarının qarşısısına çıxıb. Konsert proqramını idarə etmək məşhur teleaparıcı Aytəkin Mərdanovaya həvalə olunub. Tünzalə Ağayevanı səhnədə “Tünzalə music band” ansamblı, “Tünzalə dance group” adlı rəqs qrupu və məşhur gitara ifaçısı Rəhman Məmmədli müşayiət edib. Ağayeva konsert boyunca ən unudulmayan, sevilən və dillərəzbərinə çevrilən hitlərini canlı ifa edib. Hər kəs də Tünzalə Ağayeva ilə birlikdə bütün ifaları əzbərə söyləyib. Gecədə sevənlərinə bir sıra sürprizlər təqdim edən müğənni illərdir öz aktuallığını qoruyub saxlayan “Yandım, elə yandım” və “Barı Naxçıvan” əsərlərini səsləndirib.

Konsert boyunca iki geyim dəyişən sənətçi obrazları ilə gözoxşayıb. Xalq artisti çıxışının ilk hissəsində yaşıl kostyum, ikinci hissədə isə qara əlbisə geyinib. Pop starın geyimlərinin müəllifi dizayner Orxan Sultan, styling isə müğənninin şəxsi stilisti Şamxal Ramazanlıya məxsusdur. Səhnə makiyajını stilist Sabir Bağırov, saçlarını isə məşhur stilist Fərid Bağırov edib.

İzdiham və gür alqışlarla qarşılanan Xalq artistinin möhtəşəm konsertində 1000-ə yaxın tamaşaçı bir araya gəlib. Yüksək enerji ilə çıxış edən pop ulduzun konsert proqramı anşlaqla keçib. Konsertdən sonra böyük fanat kütləsi ilə qarşılaşan müğənni sevənləri ilə xatirə fotoları çəkdirib.

O, təəssüratını bölüşüb: “Mənim üçün çox xoşdur ki, bu gün mən Naxçıvandayam. Buraya hər gəlişim məni xoşbəxt edir. Naxçıvanın insanları, suyu, havası mənə doğmadır. Hər bir naxçıvanlıya dərin təşəkkür edirəm. Özümü şanslı sayıram ki, bir çox layihələrdə, xüsusilə də autizm mövzulu layihələrdə iştirak edirəm. Əgər bir mahnım bir uşağın gülümsəməsinə səbəb olursa, bu mənim üçün ən böyük uğurdur. Bu konsert də bunun sübutudur. İnsanlara sevgi, diqqət və qayğını xatırlatmaq, autizmli uşaqların həyatına kiçik də olsa, işıq saçmaq üçün bir fürsətdir. Əgər musiqim, səsim və simam uşaqların həyatında bir ümidə çevriləcəksə, bu mənim sənət yolumun ən dəyərli anıdır. İnanıram ki, bu konsert hər kəsin diqqətini belə həssas məsələyə yönəltdi. Gəlin birlik olaq. Kiçik bir dəstək böyük dəyişikliklərə səbəb ola bilər. İncəsənət, sevgi və mərhəmət varsa, həyat gözəldir. Autizmli uşaqların cəmiyyətimizdə layiq olduqları yeri tutmaları üçün hamımız bir addım atmalıyıq”.

Qeyd edək ki, konsert 2 aprel “Dünya Autizm Məlumatlandırma günü”nə həsr olunub.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Aprel 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri