Xalq artisti: O rəqsdən sonra vəfat edən oğlumdan üzr istədim (Video)
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Xalq artisti Nazpəri Dostəliyeva toy məclislərindən birində musiqiçilərlə rəqs etdiyi görüntülərin gündəmə gəlməsindən sonra səssizliyini pozub.
Milli.Az xəbər verir ki, sənətçi "Xəbər al"a açıqlamasında həmin anın əvvəlcədən planlaşdırılmadığını bildirib. O, uzun illər rəqs etmədiyini, musiqinin təsiri ilə özünü saxlaya bilməyərək oynamağa başladığını söyləyib.
"7 ildir oynamırdım, bir dəfə də rəqs etməmişdim. Həmin an özümdən asılı olmadı, qol qaldırıb oynadım. Rəqsdən sonra gedib balamdan üzr istədim. O rəqsi sonradan görəndə özüm də pis oldum. Qınayanların, şərh yazanların, məqsədyönlü paylaşımlar edənlərin fikirlərinə əhəmiyyət vermirəm. Məni xalqım çox istəyir. Amma həmin toyda iştirak edənlər də mənim övladlarım idi", - deyə Xalq artisti bildirib.
Nazpəri Dostəliyeva ünvanına səsləndirilən tənqidlərin onu narahat etmədiyini vurğulayıb və xalqın sevgisinin onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 23 Noyabr 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















