Icma.az
close
up
RU
Xalq artisti: Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir

Xalq artisti: Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ankara, 2 may, AZƏRTAC

Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini bir araya gətirmək, onları dialoq platforması çərçivəsində birləşdirmək, ortaq keçmişi, dili və dini olan xalqlarımızın mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq vacib amildir.

Bu sözləri Bakı Xoreoqrafiya Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova Ankarada AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

O, aprelin 28-dən mayın 2-dək Türkiyənin paytaxtında Türk Dünyası Dövlət Balet Məktəblərinin Ankara Festivalını təşkil edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) fəaliyyətini yüksək qiymətləndirib.

Hacettepe Universitetinin nəzdindəki Ankara Dövlət Konservatoriyasının konsert zalının səhnəsində keçirilən festivalın repertuarında həm dünya baletinin klassik əsərləri, həm də milli rəqslər yer alıb. Gənc istedadların, o cümlədən Azərbaycandan olanların çıxışları Türkiyədə balet sənətini sevənlərin böyük marağına səbəb olub.

T.Muradova bildirib ki, festival proqramı çərçivəsində Ankarada, TÜRKSOY-un binasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın balet məktəblərinin nümayəndələrinin iştirakı ilə konfrans da keçirilib.

Akademiyanın prorektoru bildirib: “Müzakirədə iştirak edənlər Türk dünyası, o cümlədən Azərbaycanda balet məktəblərinin festivallarının davam etdirilməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər. Gənc vətəndaş nəsli türk xalqlarının birlik ruhunu mənimsəməlidir. Xalqlarımızın adət-ənənələri və mədəniyyəti vahid proqramlar çərçivəsində, o cümlədən xoreoqrafiya, milli rəqslər və balet sahəsində təqdim oluna bilər və təqdim edilməlidir”.

Onun sözlərinə görə, xoreoqrafiya məktəbləri və akademiyalarının proqramlarına, eləcə də türkdilli ölkələrdəki teatrların repertuarlarına müxtəlif türk xalqlarının milli rəqslərinin salınması da vacibdir. “Beləliklə, Xoreoqrafiya fakültəsinin ən gənc tələbələri belə türk xalqlarının zəngin mədəniyyəti ilə tanış olacaqlar. Rəqs mədəniyyəti yaşamalı və inkişaf etməlidir. Bunun yolu dəyərlərin və toplanmış təcrübənin təbliğindən keçir”, - deyə T.Muradova vurğulayıb.

Prorektor ümidvar olduğunu bildirib ki, budəfəki TÜRKSOY festivalının gənc iştirakçılarının hər biri öz ölkələrinin mədəni həyatında “parlaq ulduza” çevriləcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri