Xalq artisti “Vokaliz”in remix variantını təqdim etdi FOTO
Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xalq artisti Briliant Dadaşova musiqi layihəsi olan “Best of Brilliant” çərçivəsində müxtəlif illərdə repertuarına daxil olan mahnıları yenidən ifa etməyə davam edir.
Doğru.az xəbər verir ki, bu layihə artıq onun pərəstişkarlarının böyük marağına səbəbdir və növbəti yenidən səsləndirilən hit mahnı “Vokaliz” olub. Bu, Briliant Dadaşovanın karyerasında ən parlaq mahnılardan biri hesab edilir. İllər əvvəl buraxılmasına baxmayaraq, bu kompozisiya öz aktuallığını qoruyub saxlayır və dinləyicilər arasında hələ də populyardır.
Briliant Dadaşova mahnının yeni ifasında onun orijinal atmosferini qorumağı bacarıb, eyni zamanda onu müasir musiqi tendensiyalarına uyğunlaşdırıb. Bu da “Vokaliz”in həm təravətli səslənməsinə, həm də öz unikal kimliyini itirməməsinə imkan verib.
Qeyd edək ki, “Best of Brilliant” layihəsi Briliant Dadaşovanın yeni konsert proqramının əsasını təşkil edib. Müğənni bu proqramla 8 mart – Beynəlxalq Qadınlar Günündə Bakı Konqres Mərkəzində çıxış edəcək.
DOĞRU.AZ
Baxış sayı:94
Bu xəbər 22 Fevral 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















