Icma.az
close
up
RU
Xalq artistinin əcnəbiləri dirəyə bağlamaq çağırışı: Bunun özü hüquqi məsuliyyət yaradır”

Xalq artistinin əcnəbiləri dirəyə bağlamaq çağırışı: Bunun özü hüquqi məsuliyyət yaradır”

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mehriban Zəkinin işlətdiyi ifadələr, konkret olaraq, işgəncə, qeyri-insani rəftar olaraq qəbul edilə bilər”.

Bu sözləri "Yeni Sabah"a hüquqşünas Cavanşir Seyidov deyib.

O, 3 səudiyyəli turistin Şəhidlər xiyabanında qeyri-etik davranışından sonra media və sosial şəbəkələrdə təhrikçi çağırışları şərh edib. pizza

Xatırladaq ki, hər 3 şəxs istintaq dövrü üçün 3 aylıq müddətə həbs olunub. Onlar CM-in konkret maddəsi ilə ittiham olunur.

Lakin hələ yekun məhkəmə qərarı olmadan bəzi ictimai fəallar, habelə müxtəlif sahələrin adamları orta əsrlərin cəza metodlarının istifadəsi ilə şübhəlilərin cəzalandırılması çağırışları səsləndiriblər. Hətta milli ayrı-seçkilik şüarları olub.

Öz növbəsində, Cavanşir Seyidov bildirib ki, sözügedən əcnəbilərə, yaxud digər şəxslərə qanunvericilikdə nəzərdə tutulmayan heç bir cəza tətbiq oluna bilməz:

“Mehriban Zəkinin dediyi ifadələr, konkret olaraq, işgəncə, qeyri-insani rəftar olaraq qəbul edilir. Təbii ki, hadisəni törədən turistlərlə bağlı məhkəmənin özü hüquqi qiymət verəcək. Bu, azadlıqdan məhrumetmə formasında ola bilər. Amma bu heç bir halda həmin şəxslərə qarşı fiziki zor, psixoloji əzab, yəni qeyri-insanı rəftarla müşayiət olunmalıdır.

Qanunvericilik və Azəraycanın qoşulduğu beynəlxalq konvensiyalar bunu birmənalı şəkildə qadağan edib. İnsan ləyaqətini alçaldan istənilən cəza yolverilməzdir. Bunun özü hüquqi məsuliyyət yaradır”.

Hüquqşünas Toğrul Məmmədov isə qeyd edib ki, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində nifrət, kin və şiddətə çağırış halları ilə bağlı müvafiq tənzimləmələr var:

“Artıq burada istintaq orqanı qiymət verir ki, şəxsin əməlində sadalanan hallar mövcuddur. İfadə olunan hər bir sözün öz əhəmiyyəti, yükü var. Onların hər biri araşdırılıb, qiymət verildikdən sonra nəsə demək olar.

Ümumiyyətlə, cəza Cinayət Məcəlləsində nəzərdə tutulan əməllərlə bağlıdır. Orada nəzərdə tutulubsa ki, bu əməl cinayətdir, cinayət məsuliyyəti yaradır. Yox, əgər hansısa əməl Cinayət Məcəlləsində cinayət sayılmırsa, bu cinayət məsuliyyətinə sövq etmir”.

Qeyd edək ki, Xalq artisti Mehriban Zəki Şəhidlər Xiyabanında qeyri-etik hərəkətlər edən əcnəbilərlə bağlı paylaşım edib. Sənətçi sözügedən ərəblərlə bağlı yazıb:

“3 ay? Onları elə Şəhidlər xiyabanının yanında dirəyə bağlamaq lazımdır ki, gələn-gedən üzlərinə tüpürsün”.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Avqust 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see250

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see216

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see206

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see184

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see150

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see145

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see137

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see136

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see133

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see132

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see130

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see128

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see125

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see120

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see120

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri