“Xalq Bank” buna görə məhkəməyə verildi
Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
- +
“Xalq Bank” ASC ilə bağlı məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, bankla bağlı iddianı “Zəngəzur” İstehsal-Kommersiya Fisması qaldırıb. Prosesdə iddiaçı kimi İmanova Kəmalə Yamin qızı da iştirak edir. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Tərəflər kredit müqaviləsi üzrə problem yaşayır.
İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 20 dekabr tarixində baxış iclası keçiriləcək. İş hakim Leyla Əliyevanın icraatındadır.
Qeyd edək ki, məhkəməyə verilən “Xalq Bank” ASC-nin sədri Asim Mahmud oğlu Məmmədlidir.Bankın İdarə Heyətinin sədri, Baş icraçı direktoru isə Kamran Nazim oğlu Məcidovdur.
Tərəfləri dinləməyə hazırıq.
Nigar
Baxış sayı:61
Bu xəbər 28 Noyabr 2024 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















