Icma.az
close
up
RU
Xalq yazıçısı İsmayıl Şıxlı anılıb

Xalq yazıçısı İsmayıl Şıxlı anılıb

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xalq yazıçısının vəfatının 30-cu ildönümü ilə əlaqədar olaraq Fəxri Xiyabanda məzarı ziyarət olunub

İyulun 26-da Xalq yazıçısı, nasir, ədəbiyyatşünas, publisist, pedaqoq, ssenarist, "Qazax" Xeyriyyə İctimai Birliyinin yaradıcılarından olan İsmayıl Şıxlının vəfatının 30-cu ildönümü ilə əlaqədar olaraq Fəxri Xiyabanda məzarı ziyarət olunub.

Anım tədbirində "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri və yazıçının ailə üzvləri iştirak ediblər.

İlham Pirməmmədov İsmayıl Şıxlının əziz və işıqlı xatirəsini Azərbaycan xalqı tərəfindən daim rəhmət və ehtiramla yad edildiyini qürur hissi ilə vurğulayıb: "İsmayıl Şıxlı şəxsiyyətdir. O Azərbaycan xalqının dəyərli və əvəzolunmaz ziyalısıdır. İsmayıl Şıxlı tələbələrə bir pedaqoq olaraq təkcə dərs keçmirdi, eyni zamanda, milləti sevməyi, vətəndaş olmağı öyrədirdi. Birinci Qarabağ müharibəsində "Qazax" Xeyriyyə Cəmiyyəti İsmayıl Şıxlının təklifi ilə yaradıldı və sıraları genişləndi. Məqsəd torpaqlarımızın müdafiəsi, müharibədə daha az itki vermək idi. Aslan Kəmərlinin rəhbərlik etdiyi "Kəmərli" Xeyriyyə Cəmiyyəti İsmayıl Şıxlının məsləhəti ilə "Qazax" Xeyriyyə Cəmiyyəti olaraq təkmilləşdi və o dövr Qazağın müdafiəsində xüsusi xidmətləri oldu. İsmayıl Şıxlı və eləcə də digər ziyalılar tez-tez Qazağa gedirdilər. Sakinlər səngiməyən döyüşlər zamanı ümidlə yaşayırdılar ki, əgər İsmayıl Şıxlı Qazaxdadırsa, demək Qazax getməyəcək. Ziyalılar hər kənddə görüş keçirir, kəndin hörmətli şəxslərinə öz məsləhətlərini verir və onlara ən çətin anda belə kəndlərdən çıxmamağı tövsiyyə edirdilər. Kəndin hörmətli insanlarının kəndlərdə öndə olması kənd camaatı üçün böyük əhəmiyyət kəsb edirdi. İsmayıl Şıxlının sözü müharibənin, mübarizənin ən çətin illərində silaha çevrildi. İsmayıl əminin tarixi bir ifadəsi insanların dilində zərb-məsələ çevrilib: "Hamınızı milli birliyə, milli qeyrətə çağırıram". İsmayıl Şıxlı da milli birliyin, milli qeyrətin simvolu kimi həm tarixdə, həm ədəbiyyatda, həm də dərs dediyi tələbələrin qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin".

Daha sonra "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri professor Valeh Nəsibli, şair Vəli Xramçaylı İsmayıl Şıxlı haqqında öz xatirələrini danışıblar. O dövrün canlı şahidləri olaraq İsmayıl Şıxlının torpaqların müdafiəsində göstərdiyi fədakarlığı qürur hissi ilə yad ediblər.

Valeh Nəsibli Ulu Öndər Heydər Əliyevin İsmayıl Şıxlıya, onun şəxsiyyətinə, yaradıcılığına verdiyi yüksək qiyməti, dəfn mərasimində iştirakını xatırladıb, İsmayıl Şıxlıya olan xalq sevgisindən danışıb: "İsmayıl Şıxlının dəfn mərasimində izdiham vardı. Allah rəhmət eləsin böyük kişiyə! Nə xoş halıma ki, 30 il bundan öncə Şəhriyar adına saraydan Fəxri Xiyabana baş götürən dəfn karvanının qabağında İsmayıl Şıxlının qara çərçivədə portreti əlimdə qürurla mən addımlayırdım".

İsmayıl Şıxlının oğlu, "Ayna-Zerkalo"qəzetinin yaradıcısı və rəhbəri Elçin Şıxlı çıxış edərək tədbir iştirakçılarına ailəsi adından təşəkkürünü bildirib.

Anım tədbiri iştirakçıları Fəxri Xiyabanda Qazaxlı ziyalıların - Xalq şairi Səməd Vurğunun, Xalq yazıçısı Mehdi Hüseynin, Xalq şairi Vaqif Səmədoğlunun, Xalq yazıçısı İsa Muğannanın, dövlət xadimi, uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri işləmiş Möhsün Poladovun, Azərbaycan balerinası, xoreoqraf, baletmeyster, Xalq artisti, professor Leyla Vəkilovanın məzarını ziyarət etdilər.

Allah rəhmət eləsin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:413
embedMənbə:https://ayna.az
archiveBu xəbər 28 İyul 2025 00:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri