Icma.az
close
up
RU
Xalq yazıçısı Natiq Rəsulzadənin 75 illik yubileyi qeyd olunub VİDEO AZƏRTAC

Xalq yazıçısı Natiq Rəsulzadənin 75 illik yubileyi qeyd olunub VİDEO AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 dekabr, AZƏRTAC

Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə Xalq yazıçısı, kinodramaturq Natiq Rəsulzadənin 75 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Xalq yazıçısı tədbirdən öncə jurnalistlərə açıqlamasında oxucularla daim ünsiyyətdə olduğunu deyib: "Çalışıram oxucularımla tez-tez görüşüm. Fikrimcə, yazıçı öz oxucusunu tanımalıdır. Mənim təkcə Azərbaycanda deyil, həmçinin MDB məkanında və Avropada da oxucularım var. Onlarla ünsiyyət qurub, fikirlərini öyrənmək mənim üçün çox önəmlidir. Amma bu, o anlama gəlmir ki, yazıçı oxucunun dedikləri ilə tam razılaşmalıdır. Çünki yazıçının öz dəst-xəti, yolu var".

Onun sözlərinə görə, bəzən yazıçılar yorulur və əsərlərində zəif tərəfləri görmür. Oxucu kitabı ilk dəfə oxuyanda o məqamları görür. Buna görə də oxucularla vaxtaşırı ünsiyyət qurmaq bu məsələdə kömək olur.

Əvvəlcə Natiq Rəsulzadənin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Yubiley gecəsində çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu və digərləri Natiq Rəsulzadənin əsərlərindəki xarakterlərin bitkinliyi ilə diqqəti cəlb etdiyini bildiriblər. Natiqlər yazıçının gənc yaşlarında inkişaf etdirdiyi üsluba sadiq olduğunu deyiblər. Qeyd olunub ki, yazarın əsərləri üzərində qurulan ssenarilər aktyor üçün asandır. Təsadüfi deyil ki, onun kitabları bu gün bir sıra Avropa dillərinə tərcümə olunur.

Qeyd edək ki, Natiq Rəsulzadə Azərbaycanda, Rusiyada, Avropa və bir çox başqa ölkələrdə nəşr olunan 50-dən çox kitabın müəllifi, ədəbiyyat sahəsində bir sıra yerli və xarici mükafatların laureatıdır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri