Icma.az
close
up
RU
Xalqımız neçə təşəkkül tapıb? Yaqub Mahmudov YAZIR

Xalqımız neçə təşəkkül tapıb? Yaqub Mahmudov YAZIR

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Eramızdan əvvəl ölkəmizin ən qədim yerli əhalisi (aborigenləri) olan, eramızın ilk yüzilliklərində isə əksəriyyət təşkil edən, həm də hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid Azərbaycan xalqının təşəkkülü prosesində həlledici rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər. İlk oğuzlar, başqa türk tayfaları kimi, ümumtürk məkanının tərkib hissəsi olan Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə Səlcuq axınlarından çox əvvəl, qədim türklərin “Dəmir qapı” adlandırdıqları Dərbənd keçidi vasitəsilə, habelə Böyük Qafqazın başqa dağ aşırımlarından, o cümlədən Azərbaycan Respublikasının Qax rayonundakı Hun belindən və müasir Gürcüstan ərazisindəki Dərəyolu (Daryal - Y.M.) aşırımından keçərək yayılmışdılar. Oğuz müqəddəsi Dədə Qorqudun qəbrinin Dərbənddə olması barədə ilk mənbələrin məlumatları, qədim Dərbənddəki Bayat məhəlləsi, Bayat kəndi, Dərbəndin qala divarlarındakı qapılardan birinin – cənub qapısının Dədə Qorqudun mənsub olduğu Bayat elinin (oğuz tayfası bayatların) adı ilə “Bayat qapısı” adlanması və digər təkzibedilməz tarixi faktlar bunu sübut edir.

Avrasiyanın geniş ərazilərində məskunlaşmış qədim türklər, o cümlədən oğuzlar ümumtürk məkanının şimalı ilə cənubunu, yəni Qıpçaq düzü ilə Cənubi Qafqazı əlaqələndirən mühüm keçid olan Dərbəndi – “Dəmir qapı”nı daim öz əllərində saxlamağa çalışırdılar.

Başqa ilk mənbələrlə yanaşı, oğuz türklərindən olan ağqoyunluların ən qüdrətli hökmdarı Uzun Həsənin (1453-1478) hökmü ilə Əbu Bəkr əl-Tehrani əl-İsfahaninin yazdığı “Kitabi-Diyarbəkriyyə” adlanan Oğuznamədə verilən faktlar da oğuz türklərinin, o cümlədən xalqımızın soykökündə duran ağqoyunlu və qaraqoyunluların Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın və Ön Asiyanın ən qədim sakinlərindən biri olduğunu sübut edir. Göstərilən müəllif Uzun Həsənin böyük babası – Ağqoyunlu dövlətinin banisi Qara Yuluk Osman bəyin nəsil şəcərəsini bir-bir araşdıraraq, nəhayət, Oğuz xaqana çatdırır. Oğuz xaqanın başçılıq etdiyi böyük türk dövlətinin tərkibinə daxil olan əraziləri sadalayır və bütün oğuz türklərinin kökündə duran bu böyük hökmdarın, yəni Oğuz xaqanın Göyçə dənizi (indiki Göyçə gölü - Y.M.) ətrafında vəfat etdiyini göstərir. Azərbaycanın Oğuz xaqanın başçılıq etdiyi dövlətin tərkibinə daxil olması və böyük xaqanın özünün də burada - Göyçə dənizi ətrafında vəfat etməsi faktı bu diyarın ən qədim oğuz-türk məskənlərindən biri olduğunu sübut edir.

“Kitabi-Diyarbəkriyyə”nin müəllifi Oğuzun nəvəsi xanlar xanı Bayandır xaqanın da “Qarabağ qışlağı və Göyçə dənizi yaylaqlarında ömür sürdüyünü”, burada “böyük bir qurultay çağırıb, məmləkəti oğlanları arasında qabiliyyətlərinə görə bölüşdürdükdən sonra Allahın dəvətini qəbul etdiyini” yazır. Əbu Bəkr əl-Tehrani əl-İsfahani təsdiq edirdi ki, ağqoyunlu Qara Yuluk Osman bəyin 20-ci babası Sunqur bəy Məhəmməd peyğəmbərin müasiri idi. O, Alagöz və Göyçə dənizi yaylaqları tərəfdəki sərhədlərdə “kafirlərlə müharibə etmiş” və döyüşlərdən birində həlak olmuşdu. Qara Yuluk Osman bəyin 14-cü babası Şəktur xan isə Əlincə qalası uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş, onu “kafirlərin” əlindən geri almışdı. Xəlifə Harun ər-Rəşidin müasiri olan Qıpçaq xan da Əlincə qalası uğrunda “kafirlər”lə müharibələr aparmış, onları məğlubiyyətə uğradaraq qalanı azad etmişdi.

“Kitabi-Dədə Qorqud” boyları ilə səsləşən, Məhəmməd peyğəmbərin dövründən əvvəl və Peyğəmbərin zamanında, Xilafət işğalları zamanı cərəyan etmiş hadisələrlə üst-üstə düşən bütün yuxarıda göstərilən faktlar tarixi reallıq olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın öz güclü dövlətçilik və müstəqillik ənənələrini qoruyub saxladığını da sübut edir.

Bəhs etdiyimiz dövrdə Azərbaycan formalaşmaqda olan ilk Oğuz dövlətinin tərkibinə daxil idi. Alban türklərinin yaşadığı və elmə “Albaniya” adı ilə daxil edilən Şimali Azərbaycanın bütün geniş əraziləri, xristianlığın yayılmış olduğu bəzi qərb bölgələri istisna olmaqla, Oğuz türkləri tərəfindən idarə olunurdu. Oğuz qəhrəmanları Azərbaycanda İslam dininin yayılmasında fəal iştirak edirdilər. “Kitabi-Dədə Qorqud” boyları İslamın yayılmasında iştirak edən Oğuz qəhrəmanlarının Peyğəmbərimizlə görüşüb xeyir-dua aldıqlarını da təsdiq edir. Beləcə, İslam dininin qəbulu vahid Azərbaycan xalqının təşəkkülü prosesinin başa çatmasında mühüm rol oynadı.

Türk tayfaları, başqa etnoslar və etnik qruplardan fərqli olaraq, Azərbaycanın bütün ərazisinə - həm şimalına, həm də cənubuna geniş yayılmışdılar və çoxluq təşkil edirdilər. Buna görə də, eramızın ilk yüzilliklərindən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca çox olmayan qeyri-türk etnosları və etnik qrupları arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili, həm də ölkənin şimalı ilə cənubu arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüşün – təkallahlı dinin formalaşması hələ başa çatmamışdı. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş – Tanrıçılıq geniş yayılsa da, hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında – Albaniya ərazisinin bəzi yerlərində (əsasən, dağlıq-qərb bölgələrində) həm türk (əsasən də qıpçaq türkləri), həm də qeyri-türk etnosları arasında xristianlıq yayılmaqda idi. Lakin müstəqil Azərbaycan-Alban kilsəsi ölkə ərazisinə müdaxilə etməyə çalışan erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.

Bu mürəkkəb tarixi şəraitdə güclü və aparıcı hərbi-siyasi qüvvəyə çevrilən çoxsaylı türk etnosları Azərbaycan dövlətçiliyinin əsas daşıyıcıları idilər. Hələ bütün ölkə ərazisini əhatə edən vahid təkallahlı dinin olmadığı bir dövrdə məhz türk etnosları və türk dili, şimallı-cənublu, bütün ölkə ərazisində birləşdirici rol oynayırdı. İslam dininin qəbulu isə bütün çoxsaylı türk etnoslarının, habelə qeyri-türk etnik qruplarının vahid xalq halında formalaşmasında mühüm rol oynadı.

Türk etnosları, xüsusilə formalaşmaqda olan ilk Oğuz dövləti, hələ Səlcuq axınlarından çox əvvəl, Azərbaycan dövlətçiliyinin və ölkənin müstəqillik ənənələrinin qorunub saxlanmasında da aparıcı rol oynayırdılar.

Yaqub Mahmudov,
AMEA-nın həqiqi üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyul 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri