Icma.az
close
up
RU
Xalqımız Novruzu qələbə ovqatında qeyd edir Məlahət İbrahimqızı Yeni Gündəm

Xalqımız Novruzu qələbə ovqatında qeyd edir Məlahət İbrahimqızı Yeni Gündəm

Yenigundem saytından alınan məlumata görə, Icma.az bildirir.

Novruz qədim və əzəmətli tarixə sahib olan Azərbaycan xalqının qədim köklərə, adət-ənələrə malik milli bayramıdır.  Tarixən qədim köklərinə, adət-ənələrinə sıx bağlı olan xalqımızın zəngin daxili aləmini, nikbin dünyagörüşünü əhatəli olaraq əks etdirən Novruz bayramı ali və milli dəyərlərin daşıyıcısı hesab edilir. Milli bayramımız insanlarımızı vahid mənəviyyat, birlik ətrafında cəmləşdirib. Məhz bütün bu zəngin dəyərlər, Novruz Bayramının adət və ənənələri çoxəsrlik mədəni irsimizə ehtiramda aydın şəkildə özünü təsdiq edir.

Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat Azərbaycan xalqının hər zaman Novruz Bayramını çox yüksək səviyyədə qeyd etdiyini deyib: “30 ilə yaxın xalqımız bu bayramda ən böyük arzusu erməni işğalından azad edilən torpaqlarımızda Novruz tonqallarının alovlanması idi.  Vaxtilə Ulu Öndər Heydər Əliyev vurğulayırdı ki, “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”. Artıq beşinci ildir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırıb. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı erməni işğaldan azad edib. Artıq həmin ərazilərdə Novruz bayramı qeyd edilir, tonqallar alovlanır. Məhz işğaldan sonra ilk Novruz Bayramının Şuşada, Cıdır düzündə Prezident İlham Əliyev tərəfindən alovlandırılan bayram tonqalı Azərbaycan xalqının 30 ilə yaxın gözlədiyi bir tarixi mənzərə, arzuların reallaşması idi”.

O qeyd edib ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rola malikdir: “Milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olub. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirib. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınıb. Bütün bunlarla yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Eyni zamanda, Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Ümumdünya İrs siyahısına salınıb. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Belə ki, 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub”.

Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan xalqı beşinci ildir hər bir bayramı, tarixi günü xüsusi ilə qeyd etdiyi kimi Novruz bayramını da fərqli bir ovqatda qeyd edir: “Ölkəmizin hər yerində olduğu kimi işğaldan azad edilmiş torpaqlarımızda Novruz Bayramı xüsusu təmtəraqla qeyd edilir. Artıq azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın təcəssümü olaraq buranın əsl sakinləri sakinləri öz ata-baba yurdlarında bayramı qarşılayır. Sözsüz ki, qısa zamanda azad edilmiş bütün tarixi torpaqlarımızın sakinləri öz yurd-yuvalarına qayıdacaq. Azərbaycan xalqı 30 ilə yaxın bu tarixi anların həsrəti ilə yaşayıb. Bu ərazilərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın rəşadəti sayəsində erməni işğalından azad edilib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 19 Mart 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see217

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see136

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see135

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see131

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see130

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see127

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see127

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see125

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see124

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see124

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see122

“Bayrağımız müstəqilliyimizin, qürurumuzun və varlığımızın simvoludur” SORĞU

10 Noyabr 2025 14:34see120

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see120

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri