Icma.az
close
up
RU
Xalqımızın dünyaya bəxş etdiyi qadın örnəyi

Xalqımızın dünyaya bəxş etdiyi qadın örnəyi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tarix boyu Azərbaycan qadınının cəmiyyətdə rolu yüksək, fəaliyyəti isə geniş olub. Azərbaycan qadını həm ana, həm də görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadim kimi hər zaman nümunə sərgiləyib, dövlətçilik tariximizdə mühüm rol oynayıb. Cəmiyyətdə yüksək fəaliyyətləri ilə alqış qazanan Azərbaycan qadınının istər döyüş, hünər, elm meydanında, istərsə də diplomatik masada fəaliyyəti təqdir olunub.

Səsi-sorağı dünyaya yayılan qadınlarımız xalqımızın milli sərvəti kimi hər zaman qürur yerimizdir.

Yüksək mənəvi keyfiyyətləri özündə birləşdirən akademik Zərifə xanım Əliyeva məhz Azərbaycanın qadınının bəşəri obrazıdır.
Şəfalı əlləri ilə insanlara nur bəxş edən, elmimizin zirvəsində dayanan, dərin erudisiyaya malik, peşəkar elmi kadrların hazırlanmasında böyük xidmətləri olan akademik Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsində xidmətləri danılmazdır.

Azərbaycanda oftalmologiya elminin inkişafına töhfələr verən Zərifə Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi kimi ölkəmizdə məktəb yaratmağı bacardı. Bununla yanaşı Zərifə xanım həmin zamanlarda Azərbaycanda geniş yayılmış traxomanın, göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi istiqamətində çox sanballı tədqiqatların müəllifi  kimi təkcə ölkəmizdə deyil, bütün dünyada böyük nüfüz qazandı. Mütərəqqi, fədakar alim, həkim kimi tələbələrinə, ona pənah gətirən xəstələrə analıq qayğısı göstərərək şəfqət, mərhəmət ünvanı oldu.

Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev Zərifə xanımın fəaliyyətini belə şərh edirdi:
“Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Ona görə də bu gün bizim üçün müqəddəs gündür...”.

Elm sahəsində yüksək ixtiraları ilə qətiyyətli bir alim kimi özünü təsdiq edən Zərifə xanım həm də sadə, mehriban, övladlarını dərin məhəbbətlə sevən bir ana kimi yaddaşlara həkk olub. Tibb elminin inkişafında bir çox uğurlara imza atmış bu zərif qəlbli xanım ömrünün sonunadək sadəliyi və insanpərvərliyi ilə hər kəsin sevgisini qazanmışdır. Məhz bu səbəbdən Zərifə xanımın adı çəkilərkən gözlərimiz nurlanır, işıqlanır və milyonların qəlbində taxt quran, milli və bəşəri dəyərləri öz xarakterində cəmləşdirən ziyalı kimi sonsuz sevgi ilə xatırlanır. Çünki oftalmoloq həkim kimi akademik Zərifə xanım bütün fəaliyyətini qaranlığa qarşı mübarizəyə, insanlığın qorunmasına həsr edib. Məhz bu yüksək keyfiyyətlərinə, xeyirxahlığına görə Zərifə xanım cəmiyyətdə böyük nüfuz qazanıb.

Zərifə xanım iki yüz illik tariximizdə ilkə imza ataraq Azərbaycanın ərazi bütövlüyünü tam təmin edərək ümumxalq fenomeni olmuş Ali Baş Komandan, qalib sərkərdə, Prezident İlham Əliyevin anasıdır. Bu tarixi qələbə Zərifə xanımın ana kimi ulu tərbiyəsinin nəticəsidir. Onun ana kimi övladına verdiyi vətənpərvərlik tərbiyəsinin nəticəsi olaraq bütövləşən ölkəmiz tarixinin ən qüdrətli dövrünü yaşayır.
Azərbaycan qadınına məxsus bütün milli, vətənpərvərlik  xüsusiyyətlərini özündə birləşdirən Zərifə xanım Əliyeva məhz xalqımıza  qalib sərkərdə bəxş edib.

Məhz bu baxımdan Zərifə xanım ziyalı, alim, ana kimi hər zaman sevgi ilə xatırlanır və sevilir. Böyük ziyalı ömrü yaşayan Zərifə xanımın  mənalı ömür yolu hamımız üçün örnəkdir. Zərifə xanım Əliyeva cismən aramızda olmasa da, hər zaman qəlbimizdədir.
Azərbaycan xalqı dünyaya xanım örnəyi olaraq bəxş etdiyi bu şəxsiyyətinin ruhunu hər zaman  ehtiramla yad edəcək.
Xumar Məmmədova, 
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosen

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Aprel 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri