Icma.az
close
up
RU
Xalqın xilaskarı Ulu Öndərin 102 illiyini təntənə ilə qeyd etməyi müqəddəs borc hesab edirik ŞƏRH

Xalqın xilaskarı Ulu Öndərin 102 illiyini təntənə ilə qeyd etməyi müqəddəs borc hesab edirik ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

21 noyabr1992-ci il – müstəqil AzərbaycanRespublikasının ən əlamətdar günlərindən biri kimi tarixə yazılıb. Məhz təqvimin bu günündə bir qrup mütərəqqi ziyalımızın təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirilib. Toplantıda ölkəmizin siyasi gələcəyinin avanqardı olan YAP-ın yaradılması iləbirlikdə Ulu Öndər Heydər Əliyevin yekdilliklə partiyanın sədri seçilməsi,heç bir şübhəsiz, tarixi hadisə idi.

Belə ki, həmin dövrdə ölkəmiz üçün çox gərgin və təhlükəli proseslərdən keçirdi:Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımız işğal olunur, ölkədə fəaliyyətdə olan siyasi partiyalar dövlətin, xalqın maraqlarını bir yana qoyub, hakimiyyət uğrunda mübarizə aparırdı. Ölkədə qanunların işləməməsi isə vətəndaş itaətsizliyinə zəmin yaradırdı. Bununla yanaşı, ölkədəqanunsuz, bəzi hallarda, hətta siyasi partiyaların nəzarətində olan silahlı birləşmələrin mövcudluğu, torpaqların davamlı olaraq itirilməsi dövlətçiliyimiz üçün ciddi təhdidə çevrilmiş, xalqımız müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi.

Azərbaycan Respublikasının güvənli, fikir plüralizmini, insan hüquq və azadlığını prioritet seçən, eyni zamanda hər bir vətəndaşın üzvü ola biləcəyi təsisata ehtiyac var idi.Ona görə ki, ölkədə qeydiyyata alınan partiyaların nizamnaməsinə uyğun gəlməyən fəaliyyətləri etimadsızlıq mühiti yaratmışdı. Məhz YAP-ın təsis edilməsi bu tarixi zərurətdən yarandı. Bundan başqa, Azərbaycan cəmiyyəti müasir dövlətçilik prinsiplərinin vacib şərtlərindən birinin dövlətin idarəçilik sisteminin kadr bazasının formalaşması olduğunu çox yaxşı bilirdi. Amma həmin dövrdə nə hakimiyyətdə olan naşılar, nə də digər siyasi təşkilatlarda bu potensial vardı.

Vətəndaşların Ümummilli Lideri olan Heydər Əliyevin yanında dayanması və müstəqil Azərbaycan Respublikasının təşəkkül və inkişaf tarixinin yol xəritəsi olan YAP-ı seçməsi təsadüfi deyildi. Ulu Öndər Heydər Əliyevin yeni siyasi təşkilatın sədri olması Yeni Azərbaycan Partiyasına ümumxalq sevgisi gətirdi. Çünki Ümummilli Lider Heydər Əliyevin adı və imzası ölkəmizdə fəaliyyət göstərən irili-xırdalı bütün partiyalardan daha yüksəkdə dayanırdı.

Təsis olunmasından qısa müddət keçməsinə baxmayaraq, ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının özünün əvəzsiz liderinin dövlət başçısı postuna namizəd kimi irəli sürərək, 1993-cü ildə keçirilən prezident seçkilərində iştirak etdi.Yaranmasından sonra ilk dəfə seçkilərə qatılanYeni Azərbaycan Partiyasının namizədi Ulu Öndər Heydər Əliyev seçici səslərinin 98,80 faizini toplayaraq möhtəşəm qələbə qazandı və Azərbaycan xalqının şəriksiz lideri olduğunu sübut etdi.

Məhz qeyd edilən səbəblərdən yenidən hakimiyyətə gələn Ulu Öndərin tarixi qərarlarının nəticəsi olaraq ölkəmiz, xalqımız təhlükə və bəlalardan qurtuldu.Ölkəmizyeni dövrə qədəm qoydu, uğursuz daxili və xarici siyasi kurs dəyişdi, ciddi islahatlar nəticəsində siyasi sabitlik və davamlı inkişaf bərqərar oldu. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafının təməl prinsipləri təşəkkül tapdı.Prezident Heydər Əliyev Azərbaycanın strateji xəttini müəyyənləşdirərək ölkəmizin inkişafı istiqamətində ciddi addımlar atdı, müstəqil Azərbaycanın Konstitusiyasının qəbul olunmasına nail oldu, AzərbaycanRespublikası beynəlxalq münasibətlər sistemində vacib tərəfdaşa çevrildi.

Yarandığı gündən bütün seçkilərdə qalib gələn Yeni Azərbaycan Partiyası hər birimiz üçün Azərbaycanın, onun müstəqilliyinin xilaskarlıq rəmzinə çevrilib. Çünki həmin dövrün reallıqları sübut edir ki, Ulu Öndər Heydər Əliyev olmasaydı, bu gün Azərbaycan yox idi. Ən azından ona görə ki, Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan da çətindir.Dövlət başçısı olduğu 10 il ərzində bütün maneələrə və təxribatlara baxmayaraq, həmin çətin və böyük siyasi səriştə tələb edən müqəddəs vəzifənin öhdəsindən Ulu Öndər, daha sonra isə Onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla gəldi.

26 mart 2005-ci ildə keçirilən Yeni Azərbaycan Partiyasının III qurultayında Prezident İlham Əliyev partiyanın yeni sədri seçildi. Ötən illər ərzində böyük inkişaf yolu keçən bu partiya nəinki ölkəmizin, həmçinin Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilməyi bacardı. AzərbaycanRespublikasınınPrezidenti və YAP sədri kimi ölkəmizin başçısı verdiyi bütün vədlərə sadiq qalan Cənab İlham Əliyev Ali Baş Komandan kimi də öz vəzifəsini layiqincə yerinə yetirdi,bizə Möhtəşəm Zəfər hisslərini yaşatmağı bacardı. Belə ki, 30 ilə yaxın əsarətdə qalan torpaqlarımızı erməni işğalından azad edərək Azərbaycanın tarixi haqqını özünə qaytardı, bütün təzyiq və maneələrə baxmayaraq, dövlətin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.

Beləliklə, ötən əsrin sonlarında yaranaraq müstəqilliyimizin, xalqımızın xilaskarına çevrilən Yeni Azərbaycan Partiyası bu əsrdə Azərbaycanın ərazi bütövlüyünün tam təminatçısı kimi qəhrəmanların partiyası oldu.

Ən nəhayət, tam əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyası bu gün anadan olmasının 102illiyində dərin hörmətləxatırladığımız dahi şəxsiyyət, görkəmli dövlət xadimi və xalqın xilaskarıolmuş Ulu Öndər Heydər Əliyev kimi əbədi liderə malikümumxalq partiyasıdır.Yeni Azərbaycan Partiyası ölkəmizdə yaşayan bütün xalqların, millətlərin, bir sözlə, hər birimizin müqəddəslik məbədi, qurtuluş simvoludur. Bu səbəbdən də xalqın xilaskarı Ulu Öndər Heydər Əliyevin 102illiyini təntənə ilə qeyd etməyi müqəddəs borc hesab edirik.

Zamir HÜSEYNOV,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 May 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri