Icma.az
close
up
RU
Xalqının taleyini öz taleyinə çevirən Prezident AZƏRTAC

Xalqının taleyini öz taleyinə çevirən Prezident AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 23 dekabr, AZƏRTAC

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident seçilən gündən xalqın taleyini öz taleyinə çevirdi. “Ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır” deyən Prezident hakimiyyətdə olduğu dövrdə hamımızın doğması, ən əzizi oldu. O, xalqını, xalq da onu qorudu, ona inandı. O, bu sevgisi ilə təkcə kiçik ölkəsini böyütmədi, bu kiçik ölkənin vətəndaşlarını da ucaltdı. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayandı. Prezidentin bölgələrə səfərləri zamanı insanlarla görüşləri, onlarla səmimi ünsiyyəti, hər birini təmkinlə dinləməsi, problemlərini məhz onların özlərindən öyrənməsi, yerindəcə tapşırıqlar verməsi, ilk növbədə, xalqa olan hörmətin sübutudur. Bu etimadın təməlində isə qarşılıqlı hörmət qərarlaşıb.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə deyib.

O qeyd edib ki, ölkəsinin və xalqının taleyini öz taleyinə çevirən Prezident İlham Əliyev çətin gündə də, xoş gündə də xalqın yanındadır. Ona insanların sonsuz sevgisini qazandıran da elə bu sadəlik, bu təvazökarlıqdır.

“Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən fəaliyyət nümunəsi gətirdi, öz davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı”, - deyə Əminə Ağazadə bildirib.

Onun sözlərinə görə, son illərdə beynəlxalq aləmdə baş verən kataklizmlər, müharibələr və münaqişələr dövlətlərin, xalqların taleyində liderlərin nə dərəcədə mühüm rol oynadığını bir daha isbatlamış oldu. Azərbaycan çox azsaylı dövlətlərdən biridir ki, belə gərgin bir zamanda müdrik, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin zəngin idarəçilik təcrübəsi, dəmir iradəsi, diplomatik zəkası müstəqilliyimizin, dövlətçiliyimizin qarantıdır.

“Bu gün Azərbaycan qalib dövlət olmaqla yanaşı, həm də özünün unikallığı ilə seçilən, dünyanın müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq qurmağı bacaran, müstəqil siyasət yürüdən bir ölkədir. Heç bir güc, heç bir təzyiq bizi çıxdığımız bu yoldan döndərmək, iradəmizə təsir etmək qüdrətinə malik deyil. Çünki Azərbaycanın Prezident İlham Əliyevin timsalında dəmir siyasi iradəyə, açıq sözlülüyə, dərin zəkaya, uzaqgörənliyə malik qalib lideri, rəhbəri var. Əgər müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin əsəri idisə, qalib, ərazi bütövlüyü, suverenliyi tam bərpa edilmiş, iradəsi ilə hər kəsin hesablaşdığı müasir Azərbaycan Prezident İlham Əliyevin əsəridir”, - deyə deputat vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri