Xamenei ABŞ la danışıqlara hə dedi: razılığın arxasında nə dayanır?
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
İranın Ali Rəhbəri Əli Xamenei ABŞ ilə birbaşa danışıqlara razı olduqlarını deyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
O, vasitəçilərlə danışıqların uğurla yekunlaşacağı təqdirdə birbaşa danışıqlara hazır olduqlarını vurğulayıb.
“Bir neçə saat davam edən müzakirələrdən sonra Xamenei güzəştə getdi. İki məmurun sözlərinə görə, o, əvvəlcə vasitəçilər vasitəsilə, hər şeyin yaxşı gedəcəyi təqdirdə isə ardınca birbaşa danışıqlara razılıq verdi”, – yazıda deyilir.
Nəşrin məlumatına görə, Xamenei bu qərarı ABŞ ilə mümkün müharibə və İran üçün təhdid doğuran iqtisadi böhranın dərinləşməsindən ehtiyatlanan məmurların təzyiqi altında qəbul edib.
Daha əvvəl Xamenei Tramp administrasiyasının danışıqlar barədə təklifini rədd edirdi.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 11 Aprel 2025 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















