Xamenei İranı faktiki olaraq ona tapşırıb KİV
Icma.az, Axar.az saytına istinadən bildirir.
İran faktiki olaraq Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani tərəfindən idarə olunur. Ayətullah Əli Xamenei ona ölkəni potensial müharibə və sui-qəsd cəhdlərindən qorumaq, eləcə də etirazları yatırmaq vəzifəsini həvalə edib.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” İrandakı mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, 67 yaşlı Laricani İran Prezidenti Məsud Pezeşkianı ikinci plana atıb və faktiki olaraq onun yerini tutub:
“Laricaninin səlahiyyətləri son bir neçə ay ərzində durmadan genişlənib. O, son etirazları yatırmaq və Rusiya kimi nüfuzlu müttəfiqlərlə, Qətər və Oman kimi regional oyunçularla əlaqə saxlamaqdan məsul idi. O, həmçinin Vaşinqtonla nüvə danışıqlarına nəzarət edir və ABŞ ilə mümkün müharibə zamanı ölkəni idarə etmək üçün planlar hazırlayırdı”.
Baxış sayı:152
Bu xəbər 22 Fevral 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















