Icma.az
close
up
RU
Xamenei kanalizasiyada gizlənir: İranlılar dini lideri ələ salırlar

Xamenei kanalizasiyada gizlənir: İranlılar dini lideri ələ salırlar

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranın ali dini lideri Əli Xamenei İsrail və ABŞ üzərində qələbə qazandığını iddia etdikdən sonra öz vətəndaşları tərəfindən istehza və tənqid dalğası ilə üzləşib. 

Lent.az bildirir ki, müxalifət nəşri olan “Iran International”ın məlumatına görə, onlarla iranlı 86 yaşlı liderin iyunun 26-da məlum olmayan yerdən söylədiyi nitqindən qəzəblənib.

“İsrailin baş naziri öz xalqı arasında sərbəst gəzərkən bu həyasız qorxaq siçovul çuxurundan danışır”, - şərhçilərdən biri yazıb.

Digərinin sözlərinə görə, “əgər o həqiqəti deyirdisə, üzə çıxacaqdı”. 

Müharibə başlayandan bəri ictimaiyyət qarşısına çıxmayan Xamenei həm dövlət yas mərasimlərini, həm də ənənəvi dini tədbirlərə gəlməyərək təcrid və qorxu ilə bağlı şübhələri artırıb.

İranlılar qeyd edirlər ki, lider hətta İsrailin zərbələri nəticəsində öldürülən yüksək rütbəli komandirlərin, o cümlədən SEPAH generallarının və nüvə alimlərinin dəfn mərasimində iştirak etməyib. Bunun fonunda onun İsrailin “az qala diz çökdürdüyü” və ABŞ-ın “sifətinə sillə vurulduğu” iddiaları, respondentlərin fikrincə, reallıqdan qopmuş təbliğat kimi görünür.

"Biz yarım əsrə yaxındır ki, bu rejim altında yaşayırıq. Anlamağı öyrənmişik ki, onların qələbə dedikləri hər şey əslində məğlubiyyətdir", - Tehran sakini yazıb. 

Digəri deyib: "Sən rəhbərlik etmədin. Başqaları ölərkən gizləndin".

Bəzi xəbərlər göstərirdi ki, əslində İran diplomatları ölkənin hava məkanını tərk etmək üçün İsraildən təhlükəsiz keçid tələb etmək məcburiyyətində qalıblar. Vətəndaşların fikrincə, öldürülən generalların dəfn mərasimləri hər hansı televiziya çıxışlarından daha parlaq bir məğlubiyyət göstəricisi olub.

Bir şərhdə deyilir: "O, həftələrdir günəş işığı görmür". 

Bir çox iranlı millətin səbrinin tükəndiyini vurğulayır: "Bir gün çılpaq əllərimizlə yeni bayraqlar qaldıracağıq. Sonra onun arxasında gizlənmək üçün nə bunker, nə də yalan olmayacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 İyul 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri