Xamenei Qalibafla ABŞ və İsraillə münaqişəni müzakirə edib
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın ali rəhbəri Müctəba Xamenei parlamentin sədri Məhəmməd Baqir Qalibafla görüşərək ABŞ və İsraillə münaqişənin gedişini müzakirə edib. Sherg.az xəbər verir ki, bu barədə İranın ali rəhbərinin ofisi məlumat yayıb.
ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən Qalibafla görüş Tehran və Vaşinqton arasında gərginliyin azaldılması istiqamətində vasitəçilərin səylərinin davam etdiyi bir vaxta təsadüf edib. Noyabrın əvvəlində ABŞ Konqresinə keçiriləcək seçkilərdən sonra hərbi əməliyyatların yenidən başlaya biləcəyi ehtimalı da gündəmdədir.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian daha əvvəl Müctəba Xamenei ilə təmasları barədə məlumat vermişdi.
Müctəba Xamenei bu ilin martında İranın ali rəhbəri seçildikdən sonra ictimaiyyət qarşısında görünməyib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrandakı obyektlərə zərbələr endirməyə başlayıb. Tehran buna cavab olaraq qarşı tərəfin hədəflərinə hücumlar həyata keçirib. İyun ayının ortalarında İran və ABŞ hərbi əməliyyatların dayandırılması barədə memorandum imzalasa da, sonradan tərəflər yenidən qarşılıqlı zərbələr endiriblər. Münaqişə hələ də həllini tapmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 21 Oktyabr 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















