Icma.az
close
up
RU
Xamenei Xiyabaninin QOHUMU çıxdı KONKRET

Xamenei Xiyabaninin QOHUMU çıxdı KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda dünya gündəminin müzakirə etdiyi əsas mövzulardan biri fevralın 28-də qətlə yetirilən İranın ali dini lideri Əli Xamenei ilə bağlıdır. İran inqilabının simvollarından sayılan birinin bu şəkildə müzakirə obyektinə çevrilməsi təbiidir. Eyni zamanda, onun həyat yolu hər kəsi maraqlandırır. Çünki nə az, nə çox – düz 45 il İranda əvvəl prezident, sonra da dini lider kürsüsündə əyləşib.

KONKRET.az xəbər verir ki, qeyd edək ki, Xamenei 1918-20-ci illərdə Cənubi Azərbaycanda inqilabın banisi sayılan Şeyx Məhəmməd Xiyabaninin qaynının oğludur. Onun qazandığı uğurların kökündə nələr dayanırdı?

Bununla bağlı tarixçi-siyasətçi Yadigar Sadıqlı maraqlı bir paylaşım edib. Paylaşımda Xameneinin hakimiyyətə gəlişindən bu günə qədər keçdiyi dövr incə detalları ilə əks olunub:

“İslam inqilabı ərəfəsində Xamenei Xomeyninin yaxın ətrafına daxil deyildi. Amma xüsusən İran-İraq müharibəsi zamanı təşkilatçılıq, liderlik qabiliyyəti ilə özünü necə göstərdisə, Xomeyni onun prezident olmasına razılıq verdi. Halbuki əvvəllər prezidentin din xadimi yox, mülki şəxs olmasının tərəfdarı idi. Seçkilər ərəfəsində sui-qəsdə məruz qalan (bu hadisədən sonra sağ əli daha işləmədi) Xamenei 95% səs topladı. Bu zaman 42 yaşı vardı.

İran konstitusiyasına görə, ali dini rəhbər müctəhidlər arasından seçilməli idi. Amma Xomeyni öləndən sonra Xamenei seçildi, halbuki hələ hüccətül-islam idi. Təxminən ay yarımdan sonra konstitusiya dəyişdirildi və seçim qanuni qüvvəyə mindi. Xeyli müctəhidlərin olduğu İranda hələ müctəhid olmayan birinin fəqih seçilməsi yetərincə diqqətçəkən məqam idi.

Mənim fikrimcə, mahir inqilabçı olan Xomeyni dövlət xadiminə çevrilə bilmədi. Dövləti də elə inqilabçı kimi idarə etdi və nəticədə İranın, az qala, bütün qonşularla münasibətləri korlandı. İraqla müharibə bunun bariz sübutudur. Əgər müharibənin başlamasının günahkarı Səddam Hüseyn idisə, onun 8 il uzanmasının günahkarı Xomeyni idi. Blitskriq ümidləri həyata keçməyən Səddam müharibənin başlamasından bir neçə ay sonra artıq sülh təklif edirdi. Xomeyni isə ölkəsinin acınacaqlı iqtisadi vəziyyətinə, ağır itkilərə baxmayaraq, savaşı Bağdadı tutana qədər bitirmək niyyətində deyildi. Bunun fəlakətli nəticələri sirr deyil”.
Y.Sadıqlı Xameneinin daha praqmatik lider olduğunu da qeyd edib: “O, hər dəfə İraqla sülh bağlamağın lehinə çıxırdı. Elə 1988-ci ilin yayında Xomeynini nəhayət, inandıran da o oldu. Yeni dini lider seçiləndən sonra isə həm xarici, həm daxili siyasətdə yumşalmalar gətirdi. Xomeyni dövründəki amansızlıqlar xeyli azaldı, şəxsi azadlıqlar genişləndi, təbii ki, İslam respublikası standartlarına görə. Ölkədə faktiki ikipartiyalı sistem quruldu: mühafizəkarların və islahatçıların rəqabəti ölkədəki narazılıqların sovurulması üçün nəfəslik rolunu oynayır, dini rəhbər isə özünü bu rəqabətin fövqündə qoyurdu. İslahatçı Məhəmməd Hatəminin prezidentliyi (1997-2005) yeniliklər və yumşalmalar baxımından xüsusən qabarıq oldu.

Amma sonra vəziyyət dəyişdi. Sınma nöqtəsini tapmaq çətindir. Yəqin ki, konkret belə nöqtə heç yoxdur. Hər şey tədricən, amma o qədər də uzun olmayan vaxt diapaozonundan baş verdi. Bir çox hadisələr var ki, səbəb kimi qəbul etmək olar. Səddam Hüseynin devrilməsindən sonra siyasi imkanların, neftin bahalaşmasından sonra iqtisadi imkanların genişlənməsi, 2005-ci ildə qatı mühafizəkar Əhmədinicatın prezident seçilməsi (məncə, bu adam İranın müasir tarixində ən məşum rol oynayanlardan biridir), SEPAH-ın dövlət idarəçiliyində bəlkə də hökumətdən çox rol oynayan qüvvəyə çevrilməsi və s. Daha bir hadisə var ki, bizdə az bilinir: 2004-cü il parlament seçkiləri.

2000-ci ilin parlament seçkilərində islahatçıların “2 xordad cəbhəsi” (2 xordad İran hicri-şəmsi təqvimi ilə Hatəminin prezident seçkilərində qələbə qazandığı gün idi) Məclisdəki 290 yerdən 222-nə yiyələnmişdi. 2004-cü il seçkilərində isə onların 2500-ə qədər namizədi seçkilərə buraxılmadı ki, onların aralarında fəaliyyətdə olan deputatlar da vardı. Nəticədə islahatçıların mandat sayı 47-ə düşdü, mühafizəkarlarda isə 54-dən 196-ya çıxdı. Əhalinin buna münasibəti etiraz aksiyaları ilə yanaşı, səsvermədə iştirakın azalmasında göründü. 2000-ci il parlament seçkilərində iştirak faizi 69 idisə, 2004-cü ildə 51 oldu.

2009-cu ilin prezident seçkilərində Əhmədinicatın mübahisəli qələbəsi və sonrakı etirazların amansızlıqla yatırılmasından sonra isə İranın daxili siyasəti daha da mürtəceləşdi. Halbuki həmin seçkilərdə islahatçıların namizədi olan Mirhüseyn Musəvi Xameneiyə heç də yad adam deyildi. Əvvəla qohum idilər: Musəvinin nənəsi Xameneinin bibisidir (yeri gəlmişkən, Xamenei özü də Şeyx Məhəmməd Xiyabaninin qaynı oğlu idi). Üstəlik, Xameneinin bütün prezidentliyi dövründə Musəvi baş nazir olmuşdu (ondan sonra bu vəzifə ləğv edildi). Bununla belə, Xamenei Əhmədinicatı dəstəklədi və bununla mühafizəkarlarla islahatçıların rəqabəti üzərindəki arbitr roluna xələl gətirdi.

İranın nəinki xarici, daxili siyasətində də İsrailə münasibət böyük rol oynayır. Zənnimcə, İsraillə bu qədər kəskin düşmənçilik İranın dövlət mənafeyinə uyğun deyil, yalnız rejimin ideoloji maraqlarından doğur. Haqq, ədalət məsələsi qabardılsa, xatırladım ki, Rusiya-Ukrayna müharibəəsində İran çox asanlıqla nahaqqın tərəfində durdu”.

Siyasətçi onu da bildirir ki, XX əsrin sonlarında sistem daxilində mütərəqqi yeniliklər və yumşalmalar gətirən Xamenei eyni şeyi XXI əsrin əvvəllərində edə bilmədi: “Yəqin ki, bu qədər uzun müddət hakimiyyətdə qalması onun şanssızlığı idi. Bu günün İran cəmiyyəti hakimiyyətə gəldiyi 1989-cu ildəkindən xeyli fərqlənir.

Azərbaycanlıların tarixini İran tarixindən kənarda təsəvvür etmək mümkün deyil. Müasir İran sırf farsların deyil, farslar və azərbaycanlıların ərsəyə gətirdiyi dövlətdir. Özü də bu zaman azərbaycanlıların verdiyi töhfə sayları ilə proporsiyada xeyli çoxdur. Mən əvvəlcə sovet hakimiyyətinin, sonra da Əbülfəz Elçibəyin xeyir-duası ilə Azərbaycanda bərqərar olmuş kəskin anti-İran əhvalını zərərli hesab edirəm (söhbət mövcud rejimdən getmir, onu mən də sevmirəm). Rəsulzadədə bu əhvalı heç vaxt görməzsiniz. Doğrudur, İran və Azərbaycanın dövlət maraqları bir çox halda üst-üstə düşmür və bu dövlətlər hələ uzun müddət dost olmayacaq. Amma bu qədər kəskin münasibət də irrasionaldır”.**musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Mart 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri