Icma.az
close
up
RU
Xameneidən dünyanı qorxuya salan NÜVƏ MESAJI İran yenidən HƏDƏF TAXTASINDA

Xameneidən dünyanı qorxuya salan NÜVƏ MESAJI İran yenidən HƏDƏF TAXTASINDA

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, İranın Ali dini lideri Əli Xamenei ölkə idmançıları ilə görüşündə ABŞ Prezidenti Donald Trampın İsraildə səsləndirdiyi fikirlərini “boş sözlər” adlandıraraq, onu  yalan danışmaqda ittiham edib.
Belə ki, həmin görüşdə Xamneyi Amerika liderinin İranın nüvə potensialının məhv edilməsi ilə bağlı iddiasını rədd edib:
"ABŞ prezidenti fəxrlə bəyan edir ki, onlar İranın nüvə sənayesini bombalayıb məhv ediblər. Yaxşı, xəyal etməyə davam edin".
Qeyd edək ki, oktyabrın 9-da Tramp ABŞ İran daxilindəki hədəfləri vurmasaydı, Tehranın artıq nüvə silahı əldə edə biləcəyini vurğulayıb. Xatırladaq ki, iyunun 13-də İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ isə münaqişənin 9-cu günü İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib. 12 günlük savaşdan sonra, iyunun 24-də isə atəşkəs elan edilib.

Bu fonda Xameneinin nüvə ehtiyatlarının olduğunu etiraf etməsi görəsən, İrana növbəti zərbələrin endirilməsinə gətirib çıxaracaqmı?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirdi ki, Xameneinin açıqlaması daxili auditoriyaya hesablansa da, onun İranı növbəti dəfə hədəfə gətirə biləcəyini də istisna etmədi:
“İranın Ali dini lideri bu çıxışı ilə ABŞ Prezidenti Donald Trampı hədəfə gətirir. Tramp İsraildə etdiyi çıxışında 12 günlük müharibə ilə İranın nüvə potensialının tamamilə sıradan çıxarıldığı və belədə Tehranın faktiki olaraq gələcəkdə də nüvə silahına malik olma imkanının aradan qaldırıldığını bəyan edib. O, həmçinin İranın bu istiqamətdə yeni cəhdləri olacaqsa, bununla bağlı da tədbirlər görüləcəyini deyib.
Xamenei də Trampın çıxışına istinad edərək, faktiki olaraq onu təhqir edib və lağa qoyub. Dini lider Trampın axmaq davranışlar həyata keçirdiyini və boş sözlər danışdığını deyib. Həmçinin, lağa qoyaraq, “qoy yuxu görməkdə davam etsin” ifadəsini də işlədib”.
Daxili auditoriyaya hesablanmış açıqlama.
Deputatın fikrincə, bununla faktiki olaraq Xamenei İranın nüvə potensialına malik olduğunu demək istəyib:
“Eyni zamanda, onu da vurğulayıb ki, ABŞ nüvə dövləti olaraq digər ölkələrə, eləcə də İrana nəyisə əldə etməklə bağlı göstəriş verə bilməz. İran bu məsələdə hansı addım atmağı uyğun biləcəksə, onu da atacaq.
 

Bir ay əvvəl isə Xamenei çıxışlarının birində bəyan etmişdi ki, İranın potensialı var, amma nüvə silahı əldə etmək fikri yoxdur. Yəni hər iki açıqlama əslində İranın nüvə imkanlarına malik olma və gələcəkdə nüvə silahı istehsal etmə imkanlarını sözdə nümayiş etdirmək deməkdir. Bunlar daha çox daxili auditoriyaya hesablanmış açıqlamadır”.


"Xamenei bu çıxışı ilə İranı növbəti zərbələrə məruz qoyacaq".
Partiya sədri Xameneinin açıqlamasını İran üçün təhlükəli hesab edir:
“İstənilən halda Xameneinin bu fikirləri İranı növbəti dəfə hədəfə gətirə bilər. 12 günlük müharibənin davamı olaraq İrana qarşı növbəti zərbələr də endirilə bilər. Bu istisna edilmir. İsrail və ABŞ, İran bu fikirdə olacaqsa, qarşısını alacaqlarını bəyan ediblər”.
Rüfət Sultan, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Oktyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri