Icma.az
close
up
RU
Trampdan dünyanı qorxuya salan NÜVƏ MESAJI “Hazır OLUN!”

Trampdan dünyanı qorxuya salan NÜVƏ MESAJI “Hazır OLUN!”

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər Putinin müharibəni dayandırmaq istəməməsi səbəbindən Rusiyanın sülhə gələcəyinə olan inamını itirən ABŞ Prezidenti Donald Tramp Ukraynada sülhün yalnız güc yolu ilə əldə oluna biləcəyini deyib və Rusiyanı nüvə müharibəsi ilə təhdid edib.
Belə ki, Vaşinqton artıq Kiyevə Rusiyanın dərinliklərinə zərbələr endirməyə “yaşıl işıq” yandırıb. Tramp həmçinin bəyan edib ki, Avropa İttifaqının yardımı ilə Ukraynanın itirilmiş əraziləri geri alacağına və hətta daha da irəli gedəcəyinə inanır. 
 

MÖVZU İLƏ BAĞLI:
Uzaq Şərqdə gərginlik PİK HƏDDƏ – Çin müharibə hazırlıqlarına START VERDİ


ABŞ prezidenti ölkəsinin Rusiya ilə potensial nüvə müharibəsinə hazır olduğunu da bir daha bildirib.
“Medvedev (Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Qeyd) nüvə silahı haqqında danışmağa başladı və nüvə silahına gəldikdə, biz hazır olmalıyıq. Biz isə tam hazırıq, - Ağ Evin rəhbəri bildirib.
Hətta bir müddət əvvəl Tramp iki atom sualtı qayığının Rusiya yaxınlığında yerləşdirilməsinə dair əmr verib. Son olaraq isə ABŞ Norveçə özünün sualtı qayıqları izləməyə və kəşfiyyat aparmağa qadir hərbi təyyarələrini göndərib.
Görünən odur ki, Trampın Putinə olan inamı itəndən sonra Ukrayna ətrafında gərginlik daha da alovlanır.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli düşünür ki, yaxın dövrdə Ukrayna ətrafında gərginliyin daha da artmasına rəvac verən yeni taktiki proseslər sınaqdan keçiriləcək: 
“Söhbət paralel təsir imkanlarından gedir. Bunlar əvvəlcə Rusiya iqtisadiyyatına və kölgə iqtisadiyyatına qarşı sanksiyalardan ibarət idi. İndi ona hərbi meydanda daha kəsərli silahlar, o cümlədən “Tomahawk” raketlərlə Rusiyanın dərinliklərinə zərbələr endirmək məsələsi də əlavə edilib. 180 kimometrlik dərinlikdəki Rusiya obyektlərinə zərbələrin endirilməsi isə ilk növbədə cəbhə xəttinin arxasındakı təminat və logistika  yollarının sıradan çıxarılmasını nəzərdə tutur.
Yəni ABŞ-ın hazırkı siyasəti Rusiyanın cəbhədəki sərhəd xəttilə daxili arasında əlaqəni kəsməkdən ibarətdir. İndiki proses göstərir ki, yaxın dövrdə yeni taktiki proseslər sınaqdan keçiriləcək. Bu isə bir ilk olacaq və uğur qazanması ehtimalı da yüksəkdir. Bütün bunlar isə hər halda gərginliyin daha da artacağına işarədir”.
“ABŞ Ukraynaya məhdudiyyət qoymur”
Siyasi şərhçi Fərhad Məmmədov isə bildirir ki, Tramp müharibədə müttəfiqlərinə dəstək vermək qərarına gəlib:
 

“Tramp birbaşa olaraq Rusiyanı nüvə silahı ilə təhdid etməyib. Sadəcə olaraq, Rusiya rəsmiləri, xüsusən də Təhlükəsizlik Şurası sədrinin müavini Medvedyevin postlarına cavab olaraq ABŞ-ın həmin məsələdə önləyici preventiv tədbirlər görəcəyi bəyan edilib.


Ümumi əhval-ruhiyyəyə gəldikdə, Tramp son dövrlər Moskva ilə həm dialoq qurmağa hazır olduğunu, həm də Rusiya müharibəni davam etdirsə, ABŞ-ın da müharibənin davam etdirilməsində müttəfiqlərinə dəstək verəcəyini elan edib. Bu dəstək isə Avropaya silah satmaq və onun harda, necə istifadə edilməsini müttəfiqlərinin ixtiyarına buraxmaqdan ibarətdir. Yəni ABŞ Ukraynaya hər hansı bir məhdudiyyət qoymur. Trampın hazırkı mövqeyi məhz bundan ibarətdir”.
Rüfət Sultan, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Oktyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri