Icma.az
close
up
RU
Xameneidən təhlükəli çağırış: İki şərt qoyuldu, təxribat ola bilər

Xameneidən təhlükəli çağırış: İki şərt qoyuldu, təxribat ola bilər

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriyada Bəşər Əsəd rejiminin devrilməsi Yaxın Şərqdəki geosiyasi oyunları əsaslı surətdə dəyişdi.

Bəzi ekspertlərin fikrincə, nəticədə Rusiya ilə yanaşı İran da regionda məğlub oldu və ciddi şəkildə nüfuz itirdi. Lakin Tehran rəsmilərinin son açıqlamalarında Dəməşqdəki yeni hökumətlə əlaqələr qurmağı hədəflədiyini deməsi xüsusi diqqət çəkib. İranın hökumət sözçüsü ölkənin Suriyadakı səfirliyinin yenidən açılması üçün danışıqların aparıldığını bildirib.

İran Suriyadan asanlıqla çəkiləcəkmi? Tehranın Yaxın Şərqlə bağlı yeni planları var?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Tehranın Suriyadan tamamilə çıxması, “müqavimət oxu”ndan imtina etməsi bu strategiyanın uğursuzluğunu qəbullanması deməkdir:

“O baxımdan, Tehran hökumətinin asanlıqla bu ölkədən çıxmayacağı, əksinə mövqelərini minimum səviyyədə olsa belə qorumağa çalışacağı və müqaviməti davam etdirəcəyi gözləniləndir. İranın ali dini lideri Ayətullah Xameneinin sonuncu çıxışında Suriya xalqını üsyançılara qarşı mübarizəyə səsləməsi də bunu təsdiqləyir”.


Asif Nərimanlı

Ekspertin sözlərinə görə, Tehran bu ölkədə mövqelərini saxlamaq üçün bir-birinə bağlı iki istiqamətdə hərəkət edəcək:

“Birincisi, məzhəb müstəvisində görüləcək tədbirlərdir. Bu məsələni daim aktual saxlamaq, həm də Suriyanın yeni rəhbərliyi ilə anlaşmaqda kart kimi istifadə etmək üçün məzhəb ayrı-seçkiliyi daha da qızışdırıla bilər. Artıq Suriyada İrana bağlı şiə liderlərindən bu kontekstdə bəyanatlar eşidilir.

İkincisi, İran indiyə qədər Əsəd rejimi ətrafında cəmləşdirdiyi silahlı birləşmələrinin tərki-silah edilməməsi və “yer altına” çəkilsələr belə, dağılmamasına çalışacaq.

Tehran hələ də gözləmə mövqeyindədir. Suriyanın yeni rəhbərliyindən əsas istəyi isə idarəçilikdə ona bağlı qrupların da mövqeyinin nəzərə alınması, eləcə də “Hizbullah”la quru əlaqəsinin müəyyən qədər də olsa saxlanılmasıdır. Bu məqsədlərinə nail olmasa, onların qəbul edilməsi üçün müxtəlif təxribatlara əl ata bilər”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri